Maşın gətirənlər üçün xoş olmayan sürpriz - VİDEO

Xaricdən Azərbaycana gətirilən avtomobillərə qarşı yeni tələblərin tətbiqinə başlanıb. Avtosfer.az-ın ANS-ə istinadən məlumatına görə, bu dəfə söhbət müvəqqəti olaraq gətirilən maşınlardan gedir. Bu avtomobillərin sahiblərindən depozit və zamin tələb olunur. Amma yeni qaydalar heç də vətəndaşlar tərəfindən birmənalı qarşılanmayıb. Avtomobillərin ölkəyə müvəqqəti gətirilməsi zamanı depozit tələb olunur. Gürcüstandan öz şəxsi avtomobili ilə Azərbaycana keçmək istəyənlər sərhəddə sürprizlə qarşılaşıblar. Onlardan avtomobili geri qaytaracağına dair zamin və depozit tələb olunur. Nəqliyyat vasitəsi geri qayıdarkən həmin depozit də sahibinə qaytarılır. Vətəndaşlar deyir ki, hətta avro-4 standartına cavab verən maşın sahiblərindən də eyni şeylər tələb edilir. Bu isə qonşu ölkələrdə, əsasən də Gürcüstanda yaşayan yarım milyondan artıq azərbaycanlının narazılığına səbəb olub.
Gürcüstan azərbaycanlısı İmkan Babayev Azərbaycana keçmək üçün onlardan depozit istədiklərini deyir.
Digər Gürcüstan azərbaycanlısı Əmir Yəhyayev isə depoziti maşının öz qiymətindən çox olduğundan gileylənir.
Tələb olunan məbləğdə depoziti ödəməyə imkanı olmayan Gürcüstan nömrəli nəqliyyat vasitələrinin sahibləri avtomobillərini bu tərəfdə qoyaraq Azərbaycana keçməyə məcbur olur. Artıq son zamanlarda sərhədin Gürcüstan tərəfində bu cür, sahibini gözləyən xeyli sayda avtomobillər görmək olur.
Ölkəyə müvəqqəti gətirilən avtomobillərə qarşı bu tələbin irəli sürüləcəyini bir müddət əvvəl Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev demişdi. Onun sözlərinə görə, əksər hallarda insanlar müvəqqəti gətirilmək adı ilə maşınları ölkəyə daxil edir, sonra isə ehtiyat hissələrinə ayıraraq satır. Bunun qarşısını almaq üçün məhz bu üsul tətbiq olunub.
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
Bu yolda işıqfor quraşdırıldı - FOTO - VİDEO












