Metroda ticarət və reklam bərpa edilir - AÇIQLAMA

Avtosfer.az xəbər verir ki, bu barədə azvision.az-a açıqlamasında Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib. Bildirib ki, metronun müəyyən stansiyalarında məhdud sayda yerlərdə təxirəsalınmaz hallarda ehtiyacları ödəmək üçün apteklər şəbəkəsinin, su, kofe və s. xidmətləri yerinə yetirən çoxfunksiyalı aparatların, kitab evi şəbəkəsi və gül salonu şəbəkəsinin nüfuzlu nümayəndələrinin fəaliyyət göstərməsi üçün şərait yaradılması planlaşdırılır.
N.Paşayev bidlrib ki, keçidlərin divarlarını zədələmək hesabına quraşdırılmış qeyri-standart, müxtəlif ölçülü köşklər ümumi görünüşü korlamaqla yanaşı, təhlükəsiz giriş-çıxışa, fövqəladə hallarda insanların təxliyəsinə, avadanlıqların daşınmasına açıq-aşkar maneə törətdiyindən respublikamızda bir çox beynəlxalq tədbirlərin keçirilməsi ərəfəsində arzuolunmaz hal idi: “Müxtəlif kütləvi informasiya vasitələrinin əhali arasında keçirdiyi sorğuya əsasən onların demək olar ki, hamısı metropoliten ərazisindən ticarətin yığışdırılmasını müsbət addım kimi qiymətləndirmiş, hazırda metropolitendə havalandırmanın yüksək səviyyədə olduğunu, metro nəqliyyatından və keçidlərdən istifadənin çox rahat olduğunu və görünüşün xüsusi zövq verdiyini bildiriblər. Ona görə də birmənalı olaraq qeyd edilməlidir ki, metro ərazisində bu cür obyektlərin mövcudluğuna tamamilə son qoyulub. Hazırda göstərilən addımın davamı olaraq bu sahədə əhalinin də bəyəndiyi və fikirlərində müsbət qiymətləndirdiyi bir sıra tədbirlər icra edilməyə başlanılmaqdadır. Belə ki, metronun müəyyən stansiyalarında, özü də arxitektur quruluşla vəhdət təşkil etməklə, inşa və təmir-bərpa işləri zamanı əvvəlcədən nəzərə alınmaqla metropolitenin özü tərəfindən xüsusi ayrılmış və hazır vəziyyətə gətirilmiş məhdud sayda yerlərdə təxirəsalınmaz hallarda ehtiyacları ödəmək üçün apteklər şəbəkəsinin, su, kofe və sair xidmətləri yerinə yetirən çoxfunksiyalı aparatların, maarifləndirmə xarakterli və insanların ədəbiyyata olan marağının artırılması məqsədilə kitab evi şəbəkəsinin, o cümlədən estetik baxımdan və xoş təravəti ilə zövqləri oxşayacaq gül salonu şəbəkəsinin nüfuzlu nümayəndələrinin fəaliyyət göstərməsi üçün şərait yaradılması planlaşdırılıb”.
Nəsimi Paşayev onu da qeyd edib ki, həmin yerlər elə müəyyənləşdirilir ki, onlar heç bir şəkildə metro stansiyasının hər hansı bir qurğusundan fərqlənməməklə hərəkət axınından tam olaraq kənarda yerləşir və sərnişinlərin bu yerlərdə rahat və sərbəst hərəkəti təmin ediləcək.
Metropoliten rəsmisi stansiyalarda reklam lövhələrinin bərpa olunacağını da əlavə etdi. Onun sözlərinə görə, dünya metropolitenlərində olduğu kimi Bakı Metropolitenində də reklam fəaliyyətinin bərpa edilməsi mümkündür. Bunun üçün seçiləcək reklam vasitələri müasir, sərnişinlərin zövqünə oxşayan, onları rahatsız etməyəcək, yeni texnologiyalardan istifadə etməklə olacaq.
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
Bu yolda işıqfor quraşdırıldı - FOTO - VİDEO












