Naxçıvanda maşınların sayı artıb

Naxçıvanda şəxsi avtomobillərin sayı sürətlə artır. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, Muxtar Respublikada ötən il 1190 ədəd şəxsi avtomobil alınıb və Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsi tərəfindən ilkin qeydiyyatdan keçirilib. Avtomobillərin əksəriyyəti dünyanın öndə gedən markalarına məxsus olub. Naxçıvanda günün tələblərinə cavab verməyən sovet istehsalı olan avtomobillərin azalması, bahalı avtomobillərin sayının isə ilbəil artması müşahidə edilir. Əhalinin bahalı avtomobillərə maraq göstərməsinin səbəblərindən biri gəlirlərin artmasıdırsa, digəri isə muxtar respublikada yol infrastrukturunun ən yüksək səviyyədə qurulmasıdır.
Qeyd edək ki, bu il yanvarın 26-dək muxtar respublikada, ümumilikdə, 37 min 993 avtomobil qeydiyyata alınıb. Onlardan 2707-si dövlət qurumlarına aiddir, 35 min 286-sı isə şəxsi avtomobillərdir.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












