Nəqliyyat qurumu tıxacları radioya daşıyır

Avtosfer.az xəbər verir ki, Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) dəstəyi ilə əhali arasında yol hərəkəti qaydalarına riayət edilməsi ilə bağlı maarifləndirici tədbirlər keçiriləcək. Bunu trend-ə NİİM-in ictimai əlaqələr üzrə mütəxəssisi Şəfa Mehmanqızı deyib.
Onun sözlərinə görə, bu gündən etibarən dinləyicilərə yol hərəkəti qaydalarının aşılanması, yollarda təhlükəsizliyin təmin edilməsi məqsədilə “Avto FM” radiosunda daha bir yeni maarifləndirici veriliş təqdim olunacaq. “Dispetçer” adlanan yeni verilişin aparıcısı Şəfa Mehmanqızı şəxsən özü olacaq: “Həftənin çərşənbə günləri saat 17:00-18:00 aralığında yayımlanan verilişdə həm aparıcı, həm də oraya dəvət olunan müvafiq səlahiyyətli qonaq tərəfindən dinləyicilərə yol-nəqliyyat hadisələri, yollardakı cari vəziyyət barədə məlumat veriləcək, onların müxtəlif sualları cavandırılacaq, şikayətlərinə aydınlıq gətiriləcək”.
Bundan əlavə, Ş.Mehmanqızı qeyd edib ki, “Addım” Gənclər Təşkilatı ilə birgə Azərbaycanda yol təhlükəsizliyinə həsr edilmiş “Brilyant həyatınızı xilas edəcək” layihəsinə start verəcək. NİİM, Norveç Krallığının Azərbaycandakı səfirliyi, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN Xidmət) və “AvtoFM” radiosunun dəstəyi ilə keçiriləcək layihə fevral ayının son həftəsində gerçəkləşəcək: “Layihə çərçivəsində sürücü və piyadaları yol hərəkəti qaydalarına əməl edilməsinə çağıran maarifləndirici, sosial çarxlar təqdim olunacaq. Çünki hər il sürücü və piyadaların günahı ucbatından ölkədə baş verən yol qəzalarında yüzlərlə insan ölür və ya xəsarət alır. Təhlükəsizlik həftəsi ərzində sürücü və piyadalara Norveçdə hazırlanmış işıq qaytarıcıları - reflektorlar da paylanacaq. Müxtəlif aksessuarlar formasında hazırlanan reflektorlar brilyant üslubunda dizayn olunub”.
Ş.Mehmanqızı bildirib ki, aksiyanın gənclər arasında geniş yayılmasına dəstək məqsədilə həm sosial çarxların çəklişlərinə, həm də tədbirlərə tanınmış şəxslər qatılacaq.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












