Samir Şərifova daha bir vəzifə verildi - Baş nazirdən sərəncam

Bakı şəhərinin sosial-iqtisadi inkişafı istiqamətində strateji əhəmiyyətli şəhərsalma təşəbbüslərinin dəstəklənməsi üzrə İşçi qrup yaradılıb.
Avtosfer.az-ın xəbərinə görə, Nazirlər Kabineti bu barədə sərəncam verib.
İşçi qrupun rəhbəri
Samir Şərifov – Azərbaycan Respublikası Baş nazirinin müavini
İşçi qrupun rəhbərinin müavinləri:
Mikayıl Cabbarov – Azərbaycan Respublikasının iqtisadiyyat naziri
Anar Quliyev – Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri
İşçi qrupun üzvləri:
Eldar Əzizov - Bakı Şəhər İcra Hakimiyyətinin başçısı
Zaur Mikayılov - Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri
Rəşad İsmayılov - Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin birinci müavini
Anar Kərimov - Azərbaycan Respublikası maliyyə nazirinin birinci müavini
Rəhman Hümmətov - Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini
Adil Abdullayev - Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini
Rövşən Nəcəf - Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti
Saleh Məmmədov - Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri
Balababa Rzayev – “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri
Vüqar Əhmədov – “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri
İlham Mirzəliyev - “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin sədri
Mətin Eynullayev - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi
İşçi qrupa tapşırılıb ki, investorlar tərəfindən İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi vasitəsilə İşçi qrupa təqdim olunan şəhərsalma investisiya layihələrinə baxılmasını və ilkin qiymətləndirilməsini həyata keçirsin və şəhərsalma investisiya layihələrinin icrası çərçivəsində aidiyyəti dövlət orqanları (qurumları) tərəfindən müvafiq icazə sənədlərinin verilməsi istiqamətində fəaliyyətin əlaqələndirilməsini təmin etsin, yenidən qurulacaq ərazilərdə köçürülmə prosesinin həyata keçirilməsinə və layihələrdən irəli gələn öhdəliklərin yerinə yetirilməsinə nəzarət etsin. Eyni zamanda ilkin olaraq Bakı şəhərinin Böyükşor gölü ətrafında, Heydər Əliyev və Ziya Bünyadov prospektləri arasında yerləşən ərazilərinin, Heydər Əliyev adına Neft Emalı Zavodu ətrafında olan ərazilərinin dövlət-özəl tərəfdaşlığı modeli çərçivəsində razılaşdırılmış konseptual layihələr əsasında yenidən qurulmasının həyata keçirilməsi üçün investisiya qoyuluşuna zəruri şərait yaradılmasını, həmin layihələr üzrə investisiya müqavilələrinin şərtlərinin razılaşdırılmasını və digər zəruri tədbirlərin görülməsini təmin etsin.
Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Azərbaycanda avtobusda gediş haqqı məsafəyə görə hesablanacaq: Baş nazirdən QƏRAR
2006-cı ildən əvvəl işləyənlərin nəzərinə: Pensiya ilə bağlı vacib açıqlama
Ağdam–Xankəndi dəmir yolu və Füzuli–Xocavənd avtomobil yolunun inşasında SON DURUM - VİDEO
Sumqayıt və Xırdalana nəzərdə tutulan xətt nə vaxt reallaşa bilər? - Tarix açıqlandı
Qobustandakı yeni körpü istifadəyə verildi - VİDEO
Sürücülərdən alınan bu cərimələr geri qaytarılır - Bu halda
Prezident İlham Əliyev yeni qanun imzaladı
Moped sürənlərin NƏZƏRİNƏ - Dövlət rüsumları TƏSDİQLƏNDİ
Moped sürücüləri üçün YENİ TƏLƏBLƏR
Rusiyada təyyarələrlə bağlı yeni qadağa – RİSK VƏ XƏRCLƏR ARTDI
Motosikletlə təcili tibbi yardım - Yeni modelin üstünlükləri










