Sürücülər, bunu mütləq oxuyun! - VİDEO

Adətən həkimlər bəzi xəstəliklərdən əziyyət çəkən şəxslərə avtomobil idarəetməyi məsləhət görmür, yaxud da ən azı uzaq yola çıxmamağı tövsiyə etmirlər. Çox vaxt həmin şəxslər bu tövsiyələrə laqeyd qalırlar. Qonşu Rusiyada bu məsələyə münasibət ciddiləşib. Belə ki, müvafiq qurumlar problem həll etmək üçün yeni qaydalar müəyyənləşdiriblər. Qaydalarda bəzi xəstəliklərə tutulanlara avtomobil idarə etmək ümumiyyətlə qadağan olunub. Bu xəstəliklərdən biri paranoyadır. Mütəxəssislər bildirirlər ki, bunu belə açıqlayıblar ki, beyinin zədələnməsi nəticəsində ortaya çıxan bu xəstəlik hallüsinasiyalarla müşahidə olunur. Yəni belə bir xəstəliyi olan sürücü avtomobili idarə edərkən gözünə əlavə obyektlər görünə bilər. Bu da qəza şəraitini qaçılmaz edir. Avtosfer.az atvxəbər-ə istinadən bildirir ki, qaydalarda şizofreniya xəstəliyi əksini tapır. Bundan başqa xroniki yorğunluğu olan şəxslərə də sükan arxasında əyləşmək yasaq edilib. Bu yasaq həmin şəxslərin sükan arxasında qəfildən yuxulaya bilməsi təhlükəsindən irəli gəlir. Psixi müalicə keçməkdə olan şəxslərə isə avtomobilin idarəsi qısa müddətə də olsa qadağan ediləcək. Mütxəssislər bildirirlər ki, bu müalicə zamanı qəbul olunan dərmanlar sinirləri sakitləşdirdiyindən qəfil yuxu da gətirə bilir. Qadağa Epilepsiya xəstələrinə də şamil olunacaq. Bu xəstəlik qəfil tutma ilə müşayət olunduğundan sürücünün həm özü, həm də ətrafdakılar üçün təhlükəli olduğu irəli sürülür. Yeni qaydalarda sürücülərin psixoloji keyfiyyətləri də nəzərə alnıb. Bu məqamları öyrənmək üçünsə sürücülərlə müsahibə aparılacaq. Və ətrafdakıların hsisslərinə və həyatına hörmətlə yanaşmayan, eləcə də həddindən artıq emosional şəxslərə sürücülük vəsiqəsi verilməsi bir qədər çətinləşəcək. Yeni qaydalarda boyu 150 santimetrdən aşağı olanlara isə yük avtomobili idarə etmək qadağan olunub.
Şəhərlərdə əlçatanlıq necə təmin olunmalıdır? – Ekspert AÇIQLADI
Bakıda yeni metro stansiyası: 28-ci stansiyanın detalları AÇIQLANDI - VİDEO
Avtobusla gedənlərə ŞAD XƏBƏR: Yeni üstünlük gəldi - FOTO
Orta əsrlərdən qalma dünya xəritəsi dəyişdirilir
Qatar parkında böyük yenilənmə: Azərbaycan hansı addımları atır? – EKSPERT
Dəmir yolunun təhlükəsizliyinə nəzarət edən “ağıllı” qatar – FOTOLAR - VİDEO
Azərbaycanda yeni cərimələr TƏSDİQLƏNDİ
Maşınlara quraşdırılan bu nişanın mənasını bilirsiniz? - DİQQƏTLİ OLUN!
Bakıda bu avtobusda qiymət 65 qəpik oldu - FOTOLAR
Laçın dağlarında böyük yol tikintisi – Görüntülər YAYILDI – VİDEO
Azərbaycanın Suriyaya yeni nəqliyyat bağlantısı yarana bilər? – 800 milyon dollarlıq layihə










