Sürücülərə şad xəbər: əvvəlki illərin yol vergisi ödənilməyəcək

Nəqliyyat vasitələrinə tətbiq olunan yol vergisinin ləğvi ilə bağlı dəyişiklik hələ qüvvəyə minməsə də, bununla bağlı müzakirələr getməkdədir. Bəzi sürücüləri maraqlandıran məsələlərdən biri də ötən illər üçün ödənilməmiş yol vergisinin taleyi ilə bağlıdır. Avtosfer.az-ın məlumatına görə, artıq Milli Məclisin təsdiq etdiyi və qüvvəyə minəcəyi heç bir şübhə doğurmayan həmin dəyişikliklərin layihəsində bu yeniliyin 1 yanvar 2015-ci ildən qüvvəyə minməsi göstərilir. Deməli, artıq bu ildən heç kəs öz nəqliyyat vasitəsinə görə yol vergisi ödəməyəcək. Amma bu dəyişikliyin qüvvəsi geriyə də şamil olunacaq.
Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin 7-ci hissəsində deyilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 87.2-ci maddəsi bu müddəanı bir qədər də dəqiqləşdirir: 87.2. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilib-göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir.
Məlumat üçün bildirirəm ki, fiziki və hüquqi şəxslərin vergidən azad edilməsi və ya onların vergi yükünün azaldılması onların hüquqi vəziyyətinin yaxşılaşdırılması deməkdir. Deməli, istinad olunan normalara əsasən, hüquqi və fiziki şəxsləri vergidən azad edən qanunun (normanın) geriyə qüvvəsi var. Ona görə də ötən illər yol vergisinə görə borcu olan, o cümlədən ötən illərdə nəqliyyat vasitəsini texniki baxışdan keçirmədiyinə görə yol vergisi ödəməmiş olan şəxslər bu vergini ödəməyəcəklər.
Ərşad Hüseynov,
hüquqşünas
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












