Sürücülərin işi asanlaşdı - YENİLİK

Daxili İşlər Nazirliyinin “Rüsum və cərimələrin ödənişi” elektron xidmətinin “Elektron hökumət” portalı üzərindən göstərilməsinə başlanılıb. Avtosfer.az xəbər verir ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzindən verilən məlumata görə, e-xidmət vasitəsilə istifadəçilər rüsum və cərimələrin ödənişini heç yerə getmədən, vaxt itirmədən onlayn qaydada həyata keçirə bilərlər. Sözügedən xidmətdən istifadə zamanı şəxsiyyət vəsiqəsinin seriyası/nömrəsi, VÖEN, sürücülük vəsiqəsinin seriyası/nömrəsi, sənədin nömrəsi, protokol seriyası/nömrəsi tələb olunur. Xidmətdən qeydiyyatdan keçmədən yararlanmaq mümkündür. Qeyd edək ki, hazırda “Elektron hökumət” portalında Daxili İşlər Nazirliyinin “Rüsum və cərimələrin ödənişi” xidməti ilə yanaşı, “FİN-ə görə fərdi məlumatların axtarışı” və “Yol hərəkəti qaydalarının pozuntusu ilə əlaqədar tətbiq edilən cərimələr və cərimə balları barədə məlumatlar” e-xidmətləri göstərilir. Yanvar ayının elektron xidmətlərdən istifadə statistikasına əsasən, nazirlik ən çox müraciət olunan qurumlar arasında 6-cı pillədədir.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq













