Sürücülərin nəzərinə: Bu yollar 4 günlük bağlanır

Bu gün Bakının Nəsib bəy Yusifbəyli küçəsinin Cəlil Məmmədquluzadə küçəsi ilə kəsişməsindən Mərdanov qardaşları küçəsinin kəsişməsinədək olan hissəsində yol-təmir işlərinə başlanılıb. Avtosfer.az xəbər verir ki, bu barədə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib. Onun sözlərinə görə, hazırda köhnə asfalt-beton örtüyü qaşınaraq çıxarılması işləri aparılır. “Sabahdan etibarən asfalt-beton örtüyünün vurulması işlərinə başlanılacaq. Təxminən 3-4 gün ərzində bu işlərin tamamilə yekunlaşması gözlənilir”, - deyə qurum rəsmisi bildirib.
P.Mürsəliyev deyib ki, bundan əlavə, Abdulvahab Salamzadə küçəsinin Tbilisi prospekti ilə kəsişməsindən Qələbə kinoteatrı qarşısında yerləşən dairəyə qədər olan köməkçi yolda da təmir işlərinə başlanılıb. Həmin ərazidə də köhnə asfalt-beton örtüyü qaşınacaq, yeni asfalt-beton örtüyü ilə əvəzlənəcək: “Adıçəkilən yolda da yaxın bir neçə gün ərzində işlərin başa çatdırılması nəzərdə tutulub. Bundan başqa, Qələbə kinoteatrı qarşısında yerləşən dairədən Tbilisi prospekti istiqamətində gedən köməkçi yolda da təmir işləri aparılacaq”.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












