Sürücülərin nəzərinə: Yol qanununda dəyişiklik edildi

Prezident İlham Əliyev “Yol hərəkəti haqqında” qanununa dəyişiklik edilməsi barədə” fərmanında dəyişikliklər edib. Avtosfer.az-ın məlumatına görə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndi rəhbər tutaraq qərar verilib. Prezidentin fərmanında qeyd edilib ki, Nazirlər Kabineti Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
“Yol hərəkəti haqqında” qanuna “Nəqliyyat vasitələrinin istismarının qadağan edilməsinə səbəb olan nasazlıqların Siyahısı” adlı 1 saylı Əlavənin yol hərəkətinin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi sahəsində müasir beynəlxalq norma və standartlara uyğun, azsaylı və aydın meyarlar əsasında hazırlanmış və sadələşdirilmiş yeni redaksiyasını beş ay müddətində Prezidentə təqdim etsin.
Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Prezidentə məlumat versin;
Mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Prezidentə məlumat versin;
Nazirlər Kabineti həmin Qanundan irəli gələn digər məsələləri həll etməlidir.
Ədliyyə Nazirliyi isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” qanuna uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.
“Yol hərəkəti haqqında” zərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Prezidentin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 11, maddə 666; 2001, № 7, maddə 459; 2003, № 10, maddələr 546, 571; 2004, № 8, maddə 617, № 12, maddə 1005; 2006, № 9, maddə 743; 2008, № 8, maddə 719; 2009, № 4, maddə 226, № 8, maddə 630; 2010, № 7, maddə 606; 2011, № 6, maddə 510; 2012, № 5, maddə 423, № 11, maddə 1079; 2014-cü il, № 9, maddə 1043; Prezidentin 2015-ci il 2 fevral tarixli 448 nömrəli Fərmanı) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
Dəyişikliyə əsasən, dördüncü abzasdan “, 85-1-ci maddəsinin 1-ci, 3-cü hissələrində, 4-cü hissəsində (hər iki halda), 5-7-ci, 9-cu hissələrində, 11-ci hissəsində (hər üç halda) və 13-cü hissəsində,” sözləri çıxarılacaq. Bununla yanaşı, beşinci abzasda “cümləsində” sözündən sonra “və 84-cü maddəsinin 6-1-ci bəndində” sözləri əlavə ediləcək. İyirmi yeddinci abzasın sonunda nöqtəli vergül işarəsi nöqtə işarəsi ilə əvəz olunsun və iyirmi səkkizinci abzas ləğv ediləcək.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












