Sürücüsüz ictimai nəqliyyat - FOTO

Böyük Britaniyada, Qrinviçdə ictimai nəqliyyatın yeni növünün layihəsi təqdim edilib. Bu, piyada əraziləri üçün pilotsuz avtomobilləridir. Avtosfer.az-ın buro247.az-a istinadən verdiyi məlumata görə, "Lutz Pathfinder" adlı maşını Koventri şəhərində yerləşən "RDM Group" hazırlayıb və özü də istehsal edəcək. "Autodrive" layihəsi çərçivəsində artıq bu il 40 pilotsuz maşın Milton-Kins şəhərinin piyada zonalarında hərəkət edəcək. "Lutz Pathfinder" yerli ticarət mərkəzinə gələnləri, əlilləri daşıyacaq, ya da sakinləri dəmiryolu vağzalınadək aparacaq. Belə maşınları smartfon əlavəsinin köməyilə çağırmaq olar. İki adamlıq maşında baqaj yeri də var. Onu kompyuter idarə edir. Burada kamera, radar və lazer məsafəölçən də daxil olmaqla 22 sensor var. Batareyanın enerji ehtiyatı 65 kilometrə və ya 8 saata çatır.
Elektromobilin sürəti saatda 24 kilometrədəkdir.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq













