Taksi və avtobus sürücüləri forma geyinəcək

“Bakı-2015” ilk Avropa Oyunları ilə əlaqədar sərnişin avtobusu və taksi sürücülərinin vahid geyim formalarının nümunələri hazırlanıb. Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin səlahiyyətli nümayəndəsi Əmrah Cəfərovun anspress-ə verdiyi məlumata görə, sürücülərin vahid geyim forması hazırlanıb. "Artıq geyim formalarının bir neçə nümunəsi Olimpiya Komitəsinə təqdim olunub. Komitədə nazirliyimizin nümayəndəsi də təmsil olunur. Hazırda onların seçilməsi prosesi gedir. Bir neçə nümunədən seçim etmişik və ən yaxşılarını Olimpiya Komitəsinə təqdim etmişik. Düşünürəm ki, bu formalar qəbul olunacaq, çünki görünüş və keyfiyyət cəhətdən yaxşıdır. Komitə tərəfindən qəbul olunduqdan sonra sürücülərin vahid geyim formalarının sifarişini verəcəyik" -deyə, Əmrah Cəfərov bildirib.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq













