Velosipedçilər üçün də airbaq hazırlandı - VİDEO

Dünyada velosipedə keçid sürətlə davam edir. Əksər ölkələrdə avtomobili olanlar da çox vaxt velosipeddən istifadə edir. Bu, həm ailə büdcəsinə xeyirdir, həm də ekologiyanı qoruyurlar. Odur ki, texnologiya üzrə alimlər velosiped sürənlər üçün yeniliyə imza atıblar. Avtosfer,az-ın verdiyi məlumata görə, velosipedçinin başını zərbədən qorumaq üçün unikal vasitə icad edilib. Bu vasitə geyim formasındadır. Daha dəqiq desək, velosipedçi həmin vasitəni gödəkçə kimi əyninə geyinir. Velosiped qəzaya uğradıqda, zərbəyə tuş gəldikdə həmin xüsusi geyimin boğazındakı hava yastığı açılır. Bu zaman velisiped sürənən başı və boynu həmin yastıqla tam əhatə olunur. Beləliklə, velosipedçini maşın vurduqda və ya digər zərbəyə tuş gəldikdə, həmin hava yastığı onun başını qoruyur. Bu vasitə daha çox velosipedçinin boynunun qırılmasının qarşısını alır.
Fidan
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












