Xanım deputat sürücüləri sərt tənqid etdi

«Yol qəzaları Ramil Usubovu da düşündürən, narahat edən məsələdir»
«Fevralın 2-də Milli Məclisdə «Yol hərəkəti haqqında» qanuna müvafiq dəyişiklikləri qəbul etdik. Demək olar ki, hər plenar iclasda “Yol hərəkəti haqqında” qanuna və İnzibati Xətalar Məcəlləsinə düzəlişlər etməkdəyik. Cərimələr sərtləşdirilir, bəzi hüquqi terminlər dəqiqləşdirilir və s. Lakin yollarda vəziyyət nəinki müsbətə doğru dəyişmir, hətta mən deyərdim ki, günü-gündən ağırlaşır». Bu fikirləri Avtosfer.az-a açıqlamasında millət vəkili Elmira Axundova bildirib. Onun sözlərinə görə, bu günlərdə həmkarı Rəfael Cəbrayılov Azərbaycanda yol qəzalarının və onun faciəvi nəticələrinin statistikasını açıqlayaraq yollardakı vəziyyəti əsl müharibə ilə müqayisə edib: «Mən də onunla tamamilə razıyam. Biz hamımız bilirik ki, əsas problem nə qanunlarda, nə də polis işçilərindədir. Əsas problem sürücülərin əksəriyyətinin savadsızlığından, yollarda təhlükəsizlik qaydalarına riayət etməməsindən, sükan arxasına sərxoş vəziyyətdə əyləşməsindən irəli gəlir. Digər tərəfdən, piyadalar da qanunu pozma sahəsində sürücülərdən geri qalmırlar. Nəticədə hər gün ağır yol-nəqliyyat hadisələri və insan tələfatı barədə məlumatlar eşidirik».
Millət vəkili təklif edib ki, Təhsil Nazirliyinin proqramlarına bağçaların yuxarı qruplarında və orta məktəbin ibtidai siniflərində «yol hərəkəti qaydaları və yol mədəniyyəti» adında dərslər əlavə olunsun və bu dərslər bütün adıçəkilən təhsil ocaqlarında məcburi şəkildə keçirilsin: «Düzdür, məktəblərdə ayrı-ayrı fənlər içərisində bununla bağlı şagirdlərə məlumatlar verilir. Lakin mənim təklifim onu həftədə bir dəfə məcburi formatda dərs olaraq keçirilməsindən ibarətdir. Belə olan halda bütün uşaq və yeniyetmələrimiz bu biliyə kiçik yaşlarından yiyələnəcək və gələcəkdə qayda-qanuna riayət edən sürücü və piyadalara çevrilicəklər. Bunun sayəsində biz yol mədəniyyətini mənimsəmiş, yol hərətəki qaydalarına hörmətlə yanaşan nəsil yetişdirmiş olarıq».
Elmira Axundova bildirib ki, daxili işlər naziri Ramil Usubov keçirdiyi son müşavirədə də tövsiyə edib ki, DİN əməkdaşları təhsil ocaqları ilə daha sıx əməkdaşlıq etsinlər, seminarlar keçirilsin, təbliğat vasitələri genişləndirilsin: «Açıq aydın görünür ki, yol qəzaları cənab naziri də çox düşündürən, narahat edən məsələdir və DİN bu istiqamətdə ciddi şəkildə fəaliyyət göstərir. Bu bir daha qeyd etdiyim məsələnin vacibliyinə dəlalət edir. Ona görə də təklifimin qəbul olunmasını aidiyyəti qurumlardan xahiş edirəm».
Elməddin
“Xaliq Faiqoğlu” 77 saylı xəttin avtobuslarını yenilədi - VİDEO
Murovdağ tuneli Azərbaycanın nəqliyyat xəritəsini dəyişəcək – EKSPERT
Bulvarda elektrikli faytonlarla gəzintilər təşkil olunur - Qiyməti 40 manatdır - VİDEO
Bakının bu küçəsində hərəkət qaydası dəyişdi - Sürücülərin DİQQƏTİNƏ - VİDEO
“Koroğlu” istiqamətində cərimələnə bilərsiz - Sürücülərin diqqətinə! - VİDEO
“Koroğlu”da yeni hərəkət zolağı yaradılır - FOTO
Qaydaları pozan taksi sürücüləri DRONLARLA İZLƏNİLİR - Qəfil yoxlamalar keçirilir
Taksilərlə bağlı YENİLİK - ARTIQ BU CÜR OLACAQ
Sürücülərin diqqətinə! - Qayda dəyişdi; bundan sonra belə olacaq
Bakıda tıxacları azaldacaq YENİ AVTOMOBİL YOLU çəkilir - VİDEO
“Nərimanov”da avtobuslar üçün mübadilə mərkəzi yaradılır - FOTOLAR










