Yayda Riqa-Bakı birbaşa reysi bərpa ediləcək

Yay mövsümündə Latviyanın “Air Baltic” aviaşirkəti Riqa-Bakı-Riqa birbaşa reysini bərpa edəcək. Avtosfer.az xəbər verir ki, bu barədə trend-ə Latviyanın Nəqliyyat Nazirliyinin dövlət katibi Kaspars Ozolınş bildirib. Ozolınş deyib: “Reys mayın 20-dən sentyabrın 7-dək həftədə iki dəfə həyata keçiriləcək”.
Təyyarə Riqadan Bakıya çərşənbə günü saat 23:45-də, bazar günləri isə saat 4:20-də ucaçaq. Reys Azərbaycan aviaşirkəti ilə əməkdaşlıq çərçivəsində (kod-şerinq) yerinə yetirilir. Kod-şerinqə görə, uçuşu həyata keçirən reys və onun tərəfdaşları eyni reysə yerləri öz adından satır, buna görə hər daşıyıcı bu reysdə öz koduna və nömrəyə, öz tariflərinə malikdir. Faktiki olaraq marşrut üzrə uçuşlar operator şirkətin bir təyyarəsi ilə yerinə yetirilir. Ozolın deyib ki, bu, Bakı və ya Riqa vasitəsilə tranzit reysə bilet alan, yaxud bu aviaşirkətlərdən birinin bonuslarını toplayan sərnişinlər üçün sərfəlidir. Dövlət katibinin sözlərinə görə, Riqa-Bakı-Riqa marşrutuna tələb mövsümi xarakter daşıyır və onun qış mövsümündə yerinə yetirilməsi gəlirli deyil. Ona görə də Bakı ilə Riqa arasında birbaşa reysin bütün il boyu həyata keçirilməsi planlaşdırılmır. Lakin aviaşirkət bazarın inkişafını diqqətlə izləyir və tələbin artacağı halda öz planlarına yenidən baxa bilər.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












