Yeni avtobuslar gəlir

"Şəhərdəki qəsəbələr getdikcə genişlənir, avtobuslara tələbat çoxalır. Buna görə də həmin avtobusların marşrut dislokasiyasının dəyişdirilərək daha da genişləndirilməsi gözlənilir. Belə ki, həmin avtobusların marşrutunun 1-2 km daha uzadılması haqqında düşünülür".
Avtosfer.az xəbər verir ki, bunu anspress-ə açıqlamasında Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyat İdarəsinin Bakı Regional Şöbəsinin rəis müavini Əmrah Cəfərov deyib. Onun sözlərinə görə, ölkəyə gətirilən yeni avtobuslar şəhərdaxili marşrutlar üzrə hərəkət edəcək. "Köhnə avtobuslar isə şəhərətrafı marşrutlar üzrə işləyəcək".
O həmçinin bildirib ki, ilin sonunadək 300 avtobusun gətirilməsi nəzərdə tutulub. "Bunların 50-si artıq gəlib, qalan 250 avtobus isə ilin sonunadək gətiriləcək".
"Bu yaxınlarda Bakıya gətirilən 50 ədəd avtobus 61 və 65 saylı marşrutlar arasında paylanıb. Onların hər birinə 25 avtobus verilib. Həmin avtobusların hər cür rahatlığı var. İçərisində video kameralar quraşdırılıb, əlillər üçün yerlər nəzərdə tutulub, bundan başqa, onların tutumu da böyükdür. Sürücü ilə sərnişin arasında münaqişə yaranarsa və ya oğurluq, cibgirlik olarsa, belə halları araşdırmaq üçün müşahidə kameralarından istifadə etmək olar", - deyə Əmrah Cəfərov əlavə edib.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












