Yeni gətirilən polis maşınlarının - HEYRƏTAMİZ ÖZƏLLİYİ

Azərbaycan Daxili İşlər Nazirliyinin post-patrul xidməti (PPX) və Dövlət Yol Polisi (DYP) əməkdaşları üçün gətirdiyi avtomobillər bəzi özəlliklərə sahibdir.
Avtosfer.az axar.az-a istinadən xəbər verir ki, DYP əməkdaşları üçün gətirilən "BMW" (3-cü seriya) markalı avtomobillər müxtəlif funksiyaları ilə əvvəlkilərdən fərqlənir və daha üstün keyfiyyətlərə malikdir. Dünən baxış keçirilərək müvafiq qurumlara təhvil verilən YPX və PPX avtomobillərinin xüsusi özəlliklərini təqdim edirik:
1. Avtomobillərin hər biri yeni və müasir avadanlıqla təchiz edilib, e-patrol sistemi quraşdırılıb.
2. Sistem, yol-patrul xidməti (YPX) avtomobilinin həm dayandığı, həm də hərəkət etdiyi hallarda fəaliyyət göstərir.
3. Sistemin üzərində nömrəoxuma, ümumi müşahidə kameraları, gecə görüntüsü üçün 30 metr mənzili olan “infrared” işıqlandırma sistemi və GPS modulu quraşdırılıb.
4. Avtomobildə daxili kompüter qurğusu mövcuddur ki, nömrəoxuma prosesi həmin kompüterdə aparılır.
5. Sistem nömrəoxuma kameraları vasitəsilə üzərində quraşdırıldığı YPX avtomobilinin yerləşdiyi zolaqdan 2 zolağadək sağda, 2 zolağadək solda hərəkət edən və ya dayanmış nəqliyyat vasitələrinin nömrə nişanlarını və sürətlərini oxumaq imkanına malikdir.
6. Həmçinin YPX avtomobilinə perpendikulyar istiqamətdə sağ və sol tərəflərdə park edilmiş nəqliyyat vasitələrinin də nömrə nişanları oxunur.
7. E-patrol sistemi tərəfindən nömrəsi və sürəti oxunmuş nəqliyyat vasitələri barədə məlumatlar tarix, saat, eləcə də GPS koordinatı da əlavə edilməklə mərkəzi serverdə arxivləşdirilir.
8. Həmçinin nömrəsi oxunan hər bir nəqliyyat vasitəsinin axtarışda olub-olmaması, cərimə ödənişlərini uzun müddət gecikdirməsi və digər məlumatlar real vaxt rejimində sorğulanaraq YPX avtomobilində quraşdırılmış bort kompüter qurğusuna ötürülür.
9. Sürət həddini aşmış nəqliyyat vasitələri barədə məlumatlar da Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sisteminə göndərilir.
Qeyd edək ki, bu avtomobillərin xüsusi özəllikləri barədə məlumatı “Radio Antenn”in aparıcısı Əzizə İsmayılova Feysbuk sosial şəbəkəsindəki hesabında yayımlayıb.
Xatırladaq ki, yol polisi əməkdaşları üçün 400, digər qurumların əməkdaşları üçün isə 300 avtomobil alınıb.
Şəhərlərdə əlçatanlıq necə təmin olunmalıdır? – Ekspert AÇIQLADI
Bakıda yeni metro stansiyası: 28-ci stansiyanın detalları AÇIQLANDI - VİDEO
Avtobusla gedənlərə ŞAD XƏBƏR: Yeni üstünlük gəldi - FOTO
Orta əsrlərdən qalma dünya xəritəsi dəyişdirilir
Qatar parkında böyük yenilənmə: Azərbaycan hansı addımları atır? – EKSPERT
Dəmir yolunun təhlükəsizliyinə nəzarət edən “ağıllı” qatar – FOTOLAR - VİDEO
Azərbaycanda yeni cərimələr TƏSDİQLƏNDİ
Maşınlara quraşdırılan bu nişanın mənasını bilirsiniz? - DİQQƏTLİ OLUN!
Bakıda bu avtobusda qiymət 65 qəpik oldu - FOTOLAR
Laçın dağlarında böyük yol tikintisi – Görüntülər YAYILDI – VİDEO
Azərbaycanın Suriyaya yeni nəqliyyat bağlantısı yarana bilər? – 800 milyon dollarlıq layihə










