Yeni metro stansiyaları

Hesab Vaxtı Dünyanın meqopolis şəhərlərində metro əsəs nəqliyyat vasitəsi hesab olunur. Əhalinin şəhərlərə axışması cəmiyyətdə müxtəlif problemlər yaratmaqla yanaşı, paytaxtlarda avtomobillərin sayının artmasına da səbəb olur. Bu, böyük tıxacların baş verməsinə, nəqliyyatın hərəkətini iflic vəziyyətə salınmasına şərait yaradır. Məhz bu problemlərin aradan qaldırılması üçün yeraltı xətlərin çəkilişi, metrostansiyaların tikintisi mühüm əhəmiyyət daşıyır.
Azərbaycanın paytaxtı Bakı şəhərində yeraltı metropoliten xətlərini birləşdirən nəqliyyat sistemi ilə bağlı görülən işlər əhəmiyyətli dərəcədə çoxdur və bunlar təqdirəlayiqdir. Bəzən nəzərdə tutulan layihələrin icrasının yubadılması sakinlər tərəfindən birmənalı qarşılanmır. Çünki onların səbirsizliklə gözlədiyi yeniliklərin vaxtında baş verməməsi müxtəlif fikirlərə yol açır.
Məsələn, ötən illərdə elan olunduğu kimi, "Bakı Metropoliteni" QSC "bənövşəyi" xəttin ilk iki stansiyasının - "Avtovağzal" və "Memar Əcəmi-2" stansiyalarının açılması üzrə layihə 2014-cü ilin sonlarında təhvil verilməli idi. Lakin, bu, reallaşdırılmadı.
Avtosfer.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev anspress-ə bunun səbəblərinə və yeni yeraltı xətlərdə aparılan təmir işlərinə aydınlıq gətirib. O deyib ki, "bənövşəyi" xəttin ilk iki stansiyasının - "Avtovağzal" və "Memar Əcəmi-2" stansiyalarının istifadəyə verilməsi üzrə əsas tikinti işləri qrafika uyğun gedir. Metro tikintisi o qədər də asan iş deyil. Amma bu layihənin icrası ilə bağlı yubanma qeydə alınmayıb. İşlər demək olar ki, başa çatıb. Hazırda xarici ölkə mütəxəssislərinin iştirakı ilə zəruri avadanlıq, sistemlərin quraşdırılması və stansiyaların abadlaşdırılması üzrə işlər aparılır. On iki stansiyadan ibarət olacaq "bənövşəyi" xəttinin tikintisi üzrə işlər plana uyğun davam edir. Stansiyaların ən tezi bu ilin ilk yarısında, ən geci isə 2015-ci ilin sonunadək istismara verilməsi planlaşdırılır. Ekspertlərin fikrincə, paytaxtda nəqliyyat sektorunda yaranan gərginliyin aradan qaldırılmasında metronun əvəzsiz rolu var. Ona görə də bu sahənin tikintisinin genişləndirilməsi məqsədəuyğundur və dövlət bu sahəyə xüsusi diqqət yetirir. Məsələn, "bənövşəyi" xəttin ilk iki stansiyasının - "Avtovağzal" və "Memar Əcəmi-2" stansiyalarının istifadəyə verilməsi bir çox problemlərin həllinə yol açacaq, insanların vaxtında mənzil başına çatmasına şərait yaradacaq.
N.Paşayev "28 May" metro stansiyasının girişinin istifadəyə verilməsi ilə bağlı da danışıb. Onun sözlərinə görə, hazırda həmin ərazidə kompleks tədbirlər görülür: "Bu layihə 3 ildən sonra mümkün olacaq. Metropolitendə yaşıl xəttlə qırmızı xəttin ayrılması üçün plan hazırlanıb. Planın icrası üçün Fransa şirkətilə müqavilə bağlanıb. İşlər ümumilikdə 36 ay ərzində həyata keçiriləcək. İki böyük tunel qazılacaq. Tunelin hər biri 100 metr uzunluqda olacaq. İşlər mərhələli şəkildə həyata keçiriləcək. İşlərin yekunlaşmasına az müddət qalmış “28 may” stansiyası sərnişinlərin istifadəsi üçün bağlanacaq.”
O diqqətə çatdırıb ki, "28 may" stansiyası həmin müddətdə 5 həftə bağlı qalacaq.
Xatırladaq ki, Bakı Metropoliteni ümumi uzunluğu 34,6 km olan 2 xəttdən, 23 işləyən və üç tikilən stansiyadan ibarətdir, həmin stansiyaların 23 vestibülü var. Stansiyaların yeddisi böyük dərinlikdə yerləşir. Metropolitendə pilləkan zolağının ümumi uzunluğu 4000 metrdən çox olan beş tipli 39 eskalator işə salınıb. Tunel tikililərinin ümumi uzunluğu 17,1 kilometrdən artıqdır. Bakı metropoliteninin nadirliyi bundan ibarətdir ki, onun xətləri təpəlik ərazidə yerləşən şəhərin bir-biri ilə kəsişən relyefi üzrə salınıb, burada 60% və 40%-minlik mailliklər və kiçik radiuslu çoxlu əyrilər mövcuddur.
Daşınan sərnişinlərin sayına görə Bakı Metropoliteni dünyada 41-ci yeri tutur.
Sürücülərin NƏZƏRİNƏ: Üzeyir Hacıbəyov küçəsində HƏRƏKƏTİN TƏŞKİLİ DƏYİŞDİ - FOTO
Təranə Quliyeva yüksək vəzifəyə TƏYİN OLUNDU
Azərbaycanda taksilərlə bağlı yeni tələblər olacaq
Kəmaləddin Heydərov rəisi işdən çıxardı - Yeni təyinat - FOTO
Ölkəmizdə ən böyük körpü gələn il istifadəyə veriləcək - VİDEO
Sıxlığın qarşısını almaq üçün ÜÇ YENİ avtomobil yolu inşa ediləcək: İSTİQAMƏTLƏR - VİDEO
"Şamaxinka"da sürücülər üçün yenilik: Xüsusi zolaq ləğv edildi - VİDEO
Rəşad Həsənov nazir müavini təyin olundu - FOTO
“Bolt”da təhlükəsizlik daha da güclənir - Təcili yardım çağırmaq mümkün olacaq – VİDEO
Azərbaycanda köhnə maşınları utilizasiya edən yeni məntəqə işə başladı - ÜNVAN
Telefon tutacağından istifadə edənlər 1200 manat cərimə ediləcək – YENİ QANUN










