Yeni qatarlar gətirilir - VİDEO

Bakıda keçiriləcək 2015 Avropa Oyunları ilə əlaqədar nəqliyyat sahəsində bir sıra yeniliklərin olacağı gözlənilir. ANS-in məlumatına görə, yeni avtobuslar artıq xətlərə buraxılıb və sərnişinlərin istifadəsinə verilib. Təkcə avtobuslar deyil həmçinin yeni Londan taksilərinin də gətirilməsi plandadır və artıq 50 yeni London taksisi istifadəyə verilib. 2015-ci ildə gözlənilən digər bir yenilik isə kart sistemi ilə bağlıdır. Martın 1-dən etibarən kart sistemindən hər bir sərnişin istifadə edə biləcək. Başqa bir yenilik isə sürüsülərlə bağlıdır. Baş verən qəzaların qarşısının alınması üçün sürücü bazası yaradılıb. Məqsəd sürücü mədəniyyətini yüksəltmək və onlara ingilis-dilini öyrətməkdir. Çünki Avropa Oyunları zamanı sürücülərə gələn qonaqlarla ünsiyyət qurmaq lazım olacaq.
Nəqliyyat Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Namiq Həsənov Ziya Bünyadov prospektibdə ancaq dekorativ işlərin qaldığını deyir. Nəqliyyat Nazirliyinin balansında olan bütün yollarda işlərin tam sürətilə davam etdirilir. Hələ bir neçə il bundan əvvəl sürücülərə tətbiq olunan vahid geyim yenidən quvvəyə minəcək. Bu dəfə isə tək avtobus sürücüləri deyil, taksi sürücülərinin də vahid geyim forması olacaq.
Namiq Həsənov Avropa Oyunları ərəfəsində yeni qatarların da təşkil olunacağını deyir. O paytaxta gələn qonaqların rayonlara gedişi üçün qatarlardan da istifadə edəcəyini bildirdi.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












