Yeraltı velosiped yolu olacaq - VİDEO

Londonda nəqliyyat sıxlığı və turistlərin habelə əhalinin sürətlə çoxalması məsul şəxsləri çılğın layihələrə sövq edir. Bir firmanın təklif etdiyi yeraltı tunellər isə ictimaiyyətin xeyli diqqətini çəkib. Londonun hazırda əhalisi 7,5 milyon nəfərdir. 15 il sonra bu rəqəmin 10 milyona çatacağı gözlənilir. Ötən il İngiltərənin paytaxtını 18,7 milyon xarici turist ziyarət edib. Enerji ehtiyacı 20 faiz çoxalacaq, sərnişindaşıma ehtiyacı isə 50 faiz. Bütün rəqəmləri nəzərə alanda demək olar ki, 2025-ci ildə şəhərdə velosiped sürənlərin sayı 4 dəfə artacaq. Ancaq xüsusi zolaqları olsa da yollar velosiped sürmək üçün kifayət etmir. Buna görə də rəsmilər dünyada indiyədək istifadə edilməmiş çarə axtarışına başlayıb. "Gensler" dizayn firması isə dünyanın ilk yeraltı velosiped yollarının salınmasını təklif edib. Tunellərlə gedərkən velosipedçilər tıxaclarda gözləməyəcək, daha təhlükəsiz şəraitdə mənzil başına daha sürətlə çata biləcəklər. Bir biri ilə əlaqələndiriləcək tunellərdən piyadaların da istifadəsi mümkün olacaq.
Daha da önəmlisi belə tunellərdə piyada və velosipedçilərdən əldə ediləcək kinetik enerjidə şəhərin ehtiyacını qarşılaya bilər. Tunellərin daxilində salınacaq istirahət məkanları, restoranlar isə yeraltı yaşayış formalaşdıracaq. Nəticədə həm də şəhərin ekologiyası mühafizə ediləcək.
Bu lahiyə London Planlaşdırması Müsabiqəsində Ən yaxşı Konseptual Layihə elan olunub.
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
Bu yolda işıqfor quraşdırıldı - FOTO - VİDEO












