Yol qanununa bəzi avtomobillərlə bağlı DƏYİŞİKLİK EDİLDİ

Prezident İlham Əliyev Milli Məclisin “Yol hərəkəti haqqında” Qanunda etdiyi dəyişiklikləri təsdiqləyib. Qanunda aşağıdakı dəyişikliklər edilib:
1. 1-ci maddənin birinci hissəsi üzrə:
1.1. 6-cı bəndə aşağıdakı məzmunda beşinci abzas əlavə edilsin:
“hərəkət hissəsində nəqliyyat vasitələrinin dayanması və ya durması qadağan edilir, hər 50 kilometrdən çox olmayan məsafədə xüsusi istirahət yerləri və dayanacaq meydançaları ilə təchiz edilir.”;
1.2. 50-ci bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 51-ci və 52-ci bəndlər əlavə edilsin:
“51) ağırçəkili nəqliyyat vasitəsi - ümumi istifadədə olan avtomobil yolları və yol qurğuları üçün müəyyən edilmiş çəki və ya oxlar üzrə parametr hədlərini aşan yüklü və ya yüksüz nəqliyyat vasitəsidir;
52) iriqabaritli nəqliyyat vasitəsi - ümumi istifadədə olan avtomobil yolları və yol qurğuları üçün müəyyən edilmiş qabarit parametr hədlərini aşan yüklü və ya yüksüz nəqliyyat vasitəsidir.”.
2. 4-cü maddənin birinci hissəsinin 6-cı bəndində “mühafizəsinə” sözü “qorunmasına” sözü ilə əvəz edilsin.
3. 10-cu maddə üzrə:
3.1. adına “saxlanılması” sözündən sonra “, qorunması” sözü əlavə edilsin;
3.2. I hissənin 1-ci bəndinin birinci cümləsinə “saxlanılmalı” sözündən sonra “, qorunmalı” sözü əlavə edilsin və həmin hissənin 4-cü bəndində “servis” sözü “xidmət” sözü ilə əvəz edilsin;
3.3. II hissəyə “saxlanılmamasına” sözündən sonra “, qorunmamasına” sözü əlavə edilsin;
3.4. V hissəyə “saxlanılmaması” sözündən sonra “, qorunmaması” sözü əlavə edilsin.
4. 11-ci maddənin III hissəsindən “(yolların tikintisi və ya çəkilmiş yol üçün ayrılan zolaq)” sözləri çıxarılsın və V hissəsinin 8-ci bəndində “servis” sözü “xidmət” sözü ilə əvəz edilsin.
Şəhərlərdə əlçatanlıq necə təmin olunmalıdır? – Ekspert AÇIQLADI
Bakıda yeni metro stansiyası: 28-ci stansiyanın detalları AÇIQLANDI - VİDEO
Avtobusla gedənlərə ŞAD XƏBƏR: Yeni üstünlük gəldi - FOTO
Orta əsrlərdən qalma dünya xəritəsi dəyişdirilir
Qatar parkında böyük yenilənmə: Azərbaycan hansı addımları atır? – EKSPERT
Dəmir yolunun təhlükəsizliyinə nəzarət edən “ağıllı” qatar – FOTOLAR - VİDEO
Azərbaycanda yeni cərimələr TƏSDİQLƏNDİ
Maşınlara quraşdırılan bu nişanın mənasını bilirsiniz? - DİQQƏTLİ OLUN!
Bakıda bu avtobusda qiymət 65 qəpik oldu - FOTOLAR
Laçın dağlarında böyük yol tikintisi – Görüntülər YAYILDI – VİDEO
Azərbaycanın Suriyaya yeni nəqliyyat bağlantısı yarana bilər? – 800 milyon dollarlıq layihə










