Bu yolda diqqətli olun! Döngədə dayanacaq quraşdırılıb - VİDEO

Paytaxtın bir sıra ərazilərində yol nişanlarının düzgün yerləşdirilməməsi sürücülər, eləcə də piyadaları çaşdırır.
Avtosfer.az xəbər verir ki, Bakının Binəqədi rayonunda dayanacaqların və piyada keçidlərinin düzgün quraşdırılmaması ərazidə yaşayan sakinlərin həyatını təhlükəyə atır.
Belə ki, “Dərnəgül” Nəqliyyat Mübadilə Mərkəzi yaxınlığındakı yolda avtobus dayanacağını bildirən 5.12 yol nişanı döngədə yerləşdirilib. Ərazinin görüntülərini avtomobil təlimçisi Arzu Babazadə redaksiyamıza gönərib.

Təlimçi videoda da bildirib ki, dayanacağın yerinin düzgün təyin edilməməsi səbəbilə döngələrdə qəza şəraiti yaranır. Süleyman Sani Axundov küçəsində quraşdırılan 5.12 yol nişanı ilə 5.16.2 yol nişanı arasında çox az məsafə var. Ərazidəki dayanacaq digər avtomobillər tərəfindən zəbt edildiyi üçün avtobuslar piyada keçidinin üstündə, yaxud 2-ci zolaqda dayanmalı olur. Bu da avtobus sürücülərinin də qanunu pozması ilə nəticələnir. Bununla yanaşı piyada keçidindən istifadə edən şəxslər avtobusun arxasındakı sürücülər tərəfindən görünmədiyi üçün piyadavurma hadisəsi də baş verə bilər.
Arzu Babazadə aidiyyəti qurumlardan məsələni tezliklə həlli istiqamətində addım atılmasını da xahiş edib.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən sorğumuza cavab olaraq bildirildi ki, Bakı şəhəri və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı”na əsasən Dərnəgül NMM-in təkmilləşdirilməsi və ərazidə müxtəlif işlərin görülməsi nəzərdə tutulub:
“Sözügedən layihə çərçivəsində bütün məsələlərə yenidən baxılacaq. Qeyd edək ki, dayanacaq məntəqələrinin quraşdırılması və yerinin dəyişdirilməsi Nazirlər Kabinetinin 73 saylı qərarına əsasən müəyyən edilir və ona uyğun icra həyata keçirilir”.
Eltac Zülfüqaroğlu
Yol polisinin kol dibində gizlənməsinə icazə verildi – ÖZBƏKİSTANDA
Sürücülərə şad xəbər: Cəriməyə səbəb olan nişan dəyişdirildi - VİDEO
"Yol nişanlarında "Stop"u "Toxta" ilə əvəzləyək" - Hikmət Babaoğlu
Təbriz küçəsində təhlükəli mənzərə: Təmir ərazisində yol nişanları niyə yoxdur? - VİDEO
Sürücülərin çoxu bu yol nişanının mənasını bilmir – DİQQƏTLİ OLUN!
Bu yolda nişanlar dəyişdirildi: Cərimə oluna bilərsiniz - VİDEO
Dəyişiklik nələrə səbəb oldu?: Çaşqınlıq yaradan vəziyyət - VİDEO
8 Noyabr prospektində sürücülər nişanı saymayıb yolayrıcında xaos yaradırlar - VİDEO
Minik maşınlarının bu yola girişi qadağan edildi: 3 bal 100 manat cəriməsi var - VİDEO
Bu yolda sağ zolaqla hərəkət edən sürücülərin diqqətinə: Cərimə yazıla bilər - VİDEO
“Koroğlu”da yeni nişan quraşdırıldı - 100 manat 2 bal CƏRİMƏ - VİDEO












