Pullu yola sürət nişanı qoyuldu; 110 – Ardınca radar da quraşdırılacaq - FOTO

Ənənəvi yola alternativ olaraq yaradılmış ödənişli avtomobil yolunda yeni yol nişanı qoyulub.
Avtosfer.az-ın əldə etdiyi məlumata görə, bir müddətdir ki, Bakı-Quba-Rusiya Federasiyası sərhədi yolunda maksimal sürət həddi 110 km/saat nişanı quraşdırılıb.
Bundan öncə həm qovşaqlara dönən, həm də giriş-çıxış hissələrində 90 km/saat və 70 km/saat nişanı olsa da artıq 110 km/saat nişanı da qoyulub. Baxmayaraq ki, magistral yollarda maksimal sürrət həddinin 110 km/saat olduğunu hamı bilir. Amma nişan olmadığı üçün sürücülər bundan sui-istifadə edirdilər.
Qeyd edək ki, sürücülərin sürət rejiminə əməl etməsinə nəzarət olunması məqsədilə yaxın zamanda yolda xüsusi texniki vasitələrin quraşdırılması nəzərdə tutulur.
Onu da bildirək ki, artıq ödənişli yolda ölüm və ağır xəsarətlə nəticələnən bir neçə yol qəzası baş verib.
Məhəbbət Tərlanoğlu
Sürücülərin NƏZƏRİNƏ: Bakının bu küçəsində yol nişanı dəyişdi - VİDEO
Yol polisinin kol dibində gizlənməsinə icazə verildi – ÖZBƏKİSTANDA
Sürücülərə şad xəbər: Cəriməyə səbəb olan nişan dəyişdirildi - VİDEO
"Yol nişanlarında "Stop"u "Toxta" ilə əvəzləyək" - Hikmət Babaoğlu
Təbriz küçəsində təhlükəli mənzərə: Təmir ərazisində yol nişanları niyə yoxdur? - VİDEO
Sürücülərin çoxu bu yol nişanının mənasını bilmir – DİQQƏTLİ OLUN!
Bu yolda nişanlar dəyişdirildi: Cərimə oluna bilərsiniz - VİDEO
Dəyişiklik nələrə səbəb oldu?: Çaşqınlıq yaradan vəziyyət - VİDEO
8 Noyabr prospektində sürücülər nişanı saymayıb yolayrıcında xaos yaradırlar - VİDEO
Minik maşınlarının bu yola girişi qadağan edildi: 3 bal 100 manat cəriməsi var - VİDEO
Bu yolda sağ zolaqla hərəkət edən sürücülərin diqqətinə: Cərimə yazıla bilər - VİDEO















