Karantini pozan 1 295 hərəkət iştirakçısı cəzalandırılıb

Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Xaçmaz, Goranboy, Göygöl, Samux, Siyəzən və Şəki rayonları ərazisində tətbiq edilmiş sərtləşdirilmiş xüsusi karantin rejiminin pozulmasına görə 08.07.2020-ci il saat 00:00-dan 09.07.2020-ci il 00:00-dək olan müddət ərzində nəqliyyat vasitələri ilə hərəkətdə olan 1 081 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci, sərnişindaşımada istifadə olunan taksi və avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilmədiyinə görə 213 nəfər həmin Məcəllənin 211.2-ci, eyni əməllərin il ərzində təkrar törədilməsinə görə isə Məcəllənin 211.3-cü maddəsi ilə 1 nəfər olmaqla ümumilikdə 1 295 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib. Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) Avtosfer.az-a verilən məlumata görə, qeyd olunan müddət ərzində Bakı-Quba yolunun 52-ci km-də yerləşən karantin keçid postundan 20-i rayon, 35-i paytaxt istiqamətinə olmaqla 55, Bakı-Şamaxı-Yevlax yolunun 31-ci km-də yerləşən postdan 25-i rayon, 65-i paytaxt istiqamətinə olmaqla 90, Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən keçid postundan 115-i rayon, 65-i paytaxt istiqamətinə olmaqla 180 avtomobil geri qaytarılıb, ümumilikdə 325 nəqliyyat vasitəsi ilə müvafiq icazə olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb.
Namiq Musayev
DİN “Son zəng”lə bağlı MƏLUMAT YAYDI - Ciddi hüquqazidd halların qarşısı alındı
Yol polisi nömrəsini itirən sürücüyə belə kömək etdi – TAPILDI - FOTO
Zəngilanda "Son zəng" - Polis təhlükəsizliyi belə təmin etdi - FOTO - VİDEO
DYP-dən sürücülərə çağırış: Həftəsonu yollarda diqqətli olun
“Son zəng”lə bağlı məzunlara və valideynlərə DYP-dən MÜRACİƏT
Sabunçuda qayda pozan piyadalar CƏRİMƏLƏNDİ - VİDEO
Texniki cəhətdən köhnəlmiş avtomobillər yollarda ciddi təhlükə yaradır - DYP - FOTO
Ürək çatışmazlığından əziyyət çəkən iki sürücü qəzada həyatını itirdi - VİDEO
“Yol hərəkəti qaydalarını öyrənək” adlı intellekual yarış keçirildi - FOTO
Yol polisi son zəngdə şagirdlərə maşın kirayə verənlərə XƏBƏRDARLIQ ETDİ
Parklanma MÜBAHİSƏSİ: Sürücü cəriməyə etiraz etdi - Yol polisindən açıqlama - FOTO - VİDEO










