10 manat rüşvət vermək istədi, 150 manat cərimələndi

Göygölün Toğanalı kəndində qurulmuş polis postunda insident baş verib.
Avtosfer.az-ın məlumatına görə, hadisə DYP əməkdaşlarının Kəlbəcər ərazisinə girməyə çalışan betonqarışdıran maşının sürücüsü M.Əliyevin sənədlərini yoxlayan zaman qeydə alınıb.
Belə ki, polislər həmin vaxt maşında daha bir nəfərin olduğunu görüblər. Bildirilir ki, sürücü şəxsiyyət vəsiqəsini DYP əməkdaşına təqdim edən zaman əlinin içərisində 10 manat pulu polisə vermək istəyib. Sürücü pulu həmin şəxsin Kəlbəcərə buraxılması məqsədilə təklif edib.
Polis əməkdaşları M.Əliyevin təklifini geri çeviriblər, bu zaman sürücünün polisin qanuni tələbinə tabe olmadığı qeyd edilib.
Daha sonra vətəndaş polis bölməsinə dəvət olunub. Barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi (polisin qanuni əmruinə tabe olmama) ilə protokol tərtib edilib. Rayon Məhkəməsi protokol əsasında onu 150 manat cərimələyib.
Qafqazinfo
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












