Avtoxuliqanlıq edən yeniyetmə 500 manat cərimələndi

Göyçayda avtoxuliqanlıq edən yeniyetmə barəsində qanunamüvafiq tədbir görülüb.
Göyçay Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı yol hərəkəti qaydalarını və ictimai asayişi kobud şəkildə pozan yetkinlik yaşına çatmayan şəxs saxlanılaraq barəsində qanunvericiliyə uyğun tədbir görülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, rayon sakini, 17 yaşlı N.Həşimov sürücülük hüququ olmadan idarə etdiyi “VAZ-2103” markalı avtomobillə intizamsızlıq edərək qaydaları kobud şəkildə pozub və özünün avtoxuliqanlıq hərəkətlərini sosial şəbəkə hesabında paylaşıb.
Keçirilən tədbirlərlə həmin şəxs saxlanılaraq barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və toplanmış materiallar hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin də qərarı ilə N.Həşimov 500 manat məbləğində cərimə edilib.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












