Azərbaycan və Türkiyənin idmançı polisləri qarşılaşacaq – FOTO

Aprelin 8-dən 14-dək qardaş Türkiyə Polis Təşkilatının yaranmasının 174-cü ildönümünə həsr olunmuş “Polis Həftəsi” adlı tədbirlər keçiriləcək. Tədbirlər sırasında İstanbul şəhərində beynəlxalq futbol turnirinin keçirilməsi də nəzərdə tutulub. Turnirdə Azərbaycan Daxili İşlər Nazirliyinin idmançı əməkdaşlardan ibarət komandası da iştirak edəcək. Bununla əlaqədar komanda təlim-məşq toplantılarına başlayıb. DİN İdman Cəmiyyətinin sədri, Olimpiya, dünya və Avropa çempionu, polis polkovniki Zemfira Meftaxetdinova komandanın heyətini qəbul edərək onlara öz tövsiyyələrini verib, hazırlığını nəzarətə götürüb. Komandanın rəhbəri, İdman təlimi bölməsinin rəisi, polis polkovnik-leytenantı Mülayim Xıdırov bildirdi ki idmaçılarımız səfərə son hazırlıq tədbirlərini görürlər. Komandanın əsas heyəti 7 nəfərdən ibarətdir. Onlardan 6-sı Əlahiddə Çevik Polis Alayının əməkdaşı, 1-i isə Nizami Rayon Mühafizə İdarəsinin əməkdaşıdır. Onların əksəriyyəti təcrübəli idmançılardır. Təmsilçilərimiz Türkiyə ilə yanaşı 8 ölkənin komandası ilə qarşılaşacaq. Komandanın məşqçisi ƏÇPA-nın əməkdaşı Atalin Ağayevdir.
Qeyd edək ki, Əlahiddə Çevik Polis Alayının komandası dəfələrlə respublika miqyaslı yarışlarda fərqlənib. Müxtəlif yubiley turnirlərinin qalibi olub.
Zeyni Hüseynov,
DİN Mətbuat Xidmətinin əməkdaşı
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ














