Azərbaycanda yol polisi 10 ildir narkotesterlə təmin olunub - FOTO

Gürcüstanda Almaniya istehsalı olan narkotesterlərin tətbiqinə başlanılıb. Belə ki, sükan arxasına narkotik maddələrin təsiri altında əyləşən sürücülərin yollarda aşkarlanması üçün nəzərdə tutulub. Artıq labaratoriya müayinəsinə getməyə ehtiyac yoxdur. YPX əməkdaşı bu sürücüləri aşkarladıqda yerindəcə müayinə edə bilir. Bu sahədə bizdə olan vəziyyət haqqında sualımıza cavab verən Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Kamran Əliyev Avtosfer.az-a bildirib ki, respublikamızın bütün stasionar YPX postları hələ 10 il əvvəl, 2009-cu ildən sükan arxasına narkotik maddələrin təsiri altında əyləşən sürücülərin müayinə olunması üçün xüsusi labarator cihazları ilə təmin olunub, 6 il əvvəl isə birdəfəlik narkotesterlərin istifadəsinə başlanılıb və YPX əməkdaşlarına birdəfəlik istifadə üçün nəzərdə tutulan alman istehsallı narkotesterlər verilib ki, bu da onların vaxt itirmədən sürücünü yoxlanmasına imkan yaradır.
Postlarda isə daha çox xüsusi labarator cihazlardan istifadə olunur. Ümumiyyətlə ölkəmizdə yol hərəkəti təhlükəsizliyinin təmin olunması, insanların hayat və sağlamlığının ağır nəticəli qəzalardan qorunması üçün xüsusi ölçü cihazlarının müasir standartlara uyğun olmasına və tətbiqinə DİN rəhbərliyi tərəfindən çox ciddi diqqət yetirilir.
Qeyd etmək istəyirəm ki, yol təhlükəsizliyi sahəsində bizdə istifadə olunan xüsusi texnikanın bəlkə də heç 30-40 faizi post sovet dövlətlərində yoxdur və hətta bəzi Avropa ölkələrinin özündə belə bu cihazlardan indi-indi tətbiq olunmağa başlanılır. Bunu mən DYP əməkdaşı kimi deyil, Avropa Komissiyasının nəqliyyat Departamentinin yol təhlükəsizliyi üzrə İşçi Qrupunun üzvü kimi deyirəm".
Elmin
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
















