Milli Məclisə soxulanlar barəsində 3 aylıq həbs qərarı verildi - FOTO - VİDEO

Məlum olduğu kimi iyulun 14-dən 15-nə keçən gecə Bakı şəhərində Azərbaycan Ordusuna dəstək məqsədilə yürüş keçirilib.
Dinc və vətənpərvər ruhda keçən bu aksiya zamanı bir qrup şəxs ictimai qaydanın kobud surətdə pozulmasına səbəb olan hərəkətlərə yol verərək, Milli Məclisin inzibati binasının qapı-pəncərələrini sındıraraq içəriyə daxil olublar, aksiyanın təhlükəsizliyini təmin edən polis əməkdaşlarına müqavimət göstərməklə zor tətbiq ediblər.
Daxili İşlər Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, nəticədə bir neçə polis əməkdaşına müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib, xidməti avtomobillərlə yanaşı, mülki nəqliyyat vasitələrinə də ciddi ziyan vurulub. Polis əməkdaşları tərəfindən dəfələrlə edilən xəbərdarlıqlara məhəl qoyulmadığından, eləcə də vəziyyətin daha da gərginləşməsinin qarşısının alınması üçün görülən operativ tədbirlərlə ictimai asayiş bərpa edilib.
Fakt üzrə başlayan əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri nəticəsində qanunsuz hərəkətlər törətməkdə şübhəli bilinən şəxslərin kimliyi müəyyən olunub. Onlardan bir qrupu şübhəli şəxs qismində istintaqa cəlb olunaraq, törətdikləri əməlləri sübuta yetirilməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə barələrində cinayət işi açılaraq, məhkəməyə göndərilib.
Məhkəmənin müvafiq qərarları onların hər biri barəsində 3 aylıq həbs-qəti imkan tədbiri seçilib.
Hazırda qanunsuz hərəkətlərə yol verən şəxslər ətrafında əməliyyat-axtarış, əməliyyat istintaq tədbirləri davam etdirilir.
Musa






Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












