Bakıda kirayələdikləri avtomobillə narkotik daşıyan dəstə saxlanıldı - FOTO

Bakıda kirayə avtomobillə narkotik daşıyan dəstə yaxalanıb.
Baş Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-a verilən məlumata görə, YPX Alayının Xüsusi taqımının əməkdaşları “Kia Optima” markalı avtomobilin sürücüsünü təhlükəsizlik kəmərini bağlamadığı üçün saxlayıb. Sənədlərin yoxlanılması zamanı sürücü, Şəmkir şəhərində qeydiyyatda olan 21 yaşlı İmran Bayramovun davranışlarında narkotik vasitənin təsirindən yaranan sərxoşluq vəziyyətinin əlamətləri müşahidə olunduğundan onun tibbi müayinədən keçməsi təmin edilib.
Müayinə zamanı İmran Bayramovun kirayələdiyi avtomobili narkotik vasitənin təsiri altında idarə etməsi müəyyən olunduğundan barəsində qanunamüvafiq tədbirlər görülüb.
Bununla yanaşı, saxlanılan avtomobilin yük yerindən ayrı-ayrı qablaşdırılmış ümumi çəkisi 1 kiloqram olan iki bükümdə narkotik vasitəyə bənzər maddə aşkar olunduğundan həmin nəqliyyat vasitəsində sərnişin qismində gedən Bakı şəhər sakini Orxan Gəncəliyev və Masallı rayon sakini Gülər Abdinova ərazi aidiyyəti üzrə Sabunçu Rayon Polis İdarəsinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ















