Bakıda narkoman moped sürücüsü 20 dəqiqə polislərdən qaçdı: 40 günlük həbs olundu - FOTO

Bakıda yol hərəkəti qaydasını kobud şəkildə pozan moped sürücüsü həbs edilib.
Bu barədə Avtosfer.az-a Bakı şəhər Dövlət Yol Polisindən məlumat verilib.
Belə ki, martın 25-də paytaxtda dəbilqəsiz şəkildə moped idarə edən sürücüyə yol polisi əməkdaşı tərəfindən "saxla" işarəsi verilib. Buna baxmayaraq sürücü hərəkətinə davam edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozmaqla polis əməkdaşlarından qaçmağa başlayıb. Təxminən 15-20 dəqiqə ərzində polis əməkdaşlarına tabesizlik göstərən sürücü digər polis əməkdaşlarının köməyi ilə saxlanılıb. Məlum olub ki, o, narkotik vasitənin təsiri altındadır.
Sürücü İsgəndərov Emin Xaman oğlu saxlanılaraq Səbail rayon 9-cu Polis Bölməsinə aparılıb. Polis Bölməsində sürücü İsgəndərov Emin barəsində İnzibati Xətalar Məcəlləsinin 206, 510, 535-ci maddələri ilə protokol tərtib edilib və toplanmış materiallar Səbail rayon məhkəməsinə göndərilib. Hakim Şahin Abdullayevin sədrliyi ilə keçirilən məhkəmədə Emin İsgəndərov barəsində 40 gün müddətinə inzibati qaydada həbs olunub.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












