Vəsiqə olmadan nasaz maşınla şəhəri bir-birinə qatan sürücü həbs edildi - FOTO

Bakıda qaydaları kobud şəkildə pozaraq yol polisindən qaçmağa cəhd edən sürücü həbs olunub. Bu barədə Avtosfer.az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib. Bildirilib ki, Bakı şəhər sakini Qasımov Şamxal Fəxrəddin oğlu sürücülük hüququ olmadan 99 BM 450 dövlət nömrə nişanlı, "Mercedes" markalı avtomobili nasaz vəziyyətdə idarə edib. Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ərazisində yol polisi əməkdaşları ona saxla işarəsi verib. Bu zaman məsuliyyətdən yaxa qurtarmaq üçün sürücü sürəti artıraraq qaçmağa cəhd edib. Yol polisləri təhlükəsizlik qaydalarına riayət etməklə onu təqib ediblər. Dəfələrlə müxtəlif qayda pozuntularına yol verən sürücü təhlükəli vəziyyət yaradıb. İşıqforun qadağanedici işarəsində hərəkəti davam etdirib. Ziya Bünyadov prospektində hərəkət edərək 20 Yanvar dairəsindən Biləcəri istiqamətdə hərəkət edib. Biləcəri qəsəbəsi ərazisində yol polisləri süni tıxac vasitəsilə sürücünü saxlamağa müvəffəq olub. Sürücü 4-cü polis bölməsinə aparılıb. Onun barəsində toplanmış materiallar aidiyyəti üzrə Binəqədi rayon məhkəməsinə təqdim olunub. Məhkəmənin qərarı ilə sürücü İnzibati Xətalar Məcəlləsinin 511.1, 332.2, 327.2, 327.3-cü maddələri ilə təqsirli bilinərək 15 gün müddətində inzibati qaydada həbs olunub.
Orxan
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












