Bakıda qrup halında "avtoşluq" edənlər yaxalandı - VİDEO

Bakıda avtoxuliqanlar Nizami Rayon Məhkəməsinin önündə bir araya gəliblər. Görüş zamanı bəzi avtomobil sürücüləri məhkəmə binasının önündəki yolda avtoxuliqanlıqlar edib. Gənclər bu əməllərini videoya çəkərək sosial şəbəkələrdə paylaşıblar.
Avtosfer.az-ın əldə etdiyi məlumata görə, hadisədən bir neçə gün sonra Nizami rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları avtoxuliqanlıq edən 5 sürücüdən 4-nü saxlayıb.
Onlar barəsində toplanmış materiallar aidiyyəti üzrə məhkəməyə təqdim edilib. Avtomobillər isə duracağa aparılıb.
Məhkəmənin qərarı ilə 10 NK 501, 90 VO 302 dövlət qeydiyyat nişanlı, “Lada Niva” markalı, 90 XL 079 və 60 BO 465 dövlət qeydiyyat nişanlı “VAZ 2107” markalı avtomobillərin sürücüləri sürücülük hüququndan bir il müddətində məhrum edilməklə inzibati qaydada 15 gün həbs ediliblər. 99 LM 052 dövlət qeydiyyat nişanlı “BMW” markalı avtomobilin sürücüsü isə axtarışdadır.
Fərid
Siyəzəndə uşaqların yol təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO - VİDEO
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO
Vilayət Eyvazov MDB-nin Daxili İşlər Nazirləri Şurasının iclasında iştirak etdi - FOTO
Masallıda "VAZ" maneəyə çırpıldı: İki gənc həyatını itirdi - FOTO
DYP-dən sürücülərə MÜRACİƏT: Oktyabrın 1-dən noyabrın 1-dək...
Qaxda məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO
Sabunçudakı məktəblərdə “Diqqət, uşaqlar!” aylığı çərçivəsində görüşlər keçirilib - FOTOSESSİYA
Qusarda “Diqqət, uşaqlar!” aylığı çərçivəsində maarifləndirici görüş keçirilib - FOTO - VİDEO
DYP yük avtomobillərinin sürücülərinə MÜRACİƏT ETDİ - FOTO
Beyləqanda 27 Sentyabr – Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO















