Bakıda sərxoş halda 6 avtomobilə ziyan vuran şəxs saxlanılıb - VİDEO

Paytaxtın Nizami rayonunda müxtəlif ünvanlarda saxlanılan avtomobillərə gecə saatlarında naməlum şəxs tərəfindən qəsdən ziyan vurularaq cızılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avtosfer.az-a verilən xəbərə görə, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsində aparılan araşdırmalar zamanı həmin şəxsin 6 nəqliyyat vaitəsinə ziyan vurduğu müəyyən edilib. Şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində hadisələri törətməkdə şübhəli bilinən Ramil Quliyev saxlanılıb. Həmin şəxs ifadəsində hadisələri sərxoş vəziyyətdə törətdiyini bildirib. Qeyd edək ki, Ramil Quliyevin nəqliyyat vasitələrinə ziyan vurması binalarının müşahidə kameraları vasitəsi ilə də lentə alınıb. Faktlarla bağlı 24-cü Polis Şöbəsində toplanan materiallar Nizami Rayon Polis İdarəsinə göndərilib, arşdırmalar davam etdirilir.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












