Bakıda yol polisi daha bir yenilik etdi – Uşaqlar yarışdı - FOTO

Məktəblilərin yol hərəkəti qaydaları haqqında biliklərini daha da gücləndirilmək, istedadlı uşaqları aşkar etmək məqsədilə aprelin 30-da 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində “Yol hərəkəti qaydaları və mən!” mövzusunda breyn-rinq intellektual bilik yarışı keçirilib. Yarış “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı” çərçivəsində təşkil olunub.
Yarışda 30 şagirddən ibarət 6 komandanın tərkibində Nərimanov rayonu 34, Sabunçu rayonu 81, Yasamal rayonu 158, Xəzər rayonu 183, Nizami rayonu 210, Suraxanı rayonu 279 nömrəli tam orta məktəblərin şagirdləri iştirak edib.
Bakı Şəhər BPİ Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov, Texnika üzrə fəlsəfə doktoru, professor Əziz Talıbov, Yol təhlükəsizliyi üzrə ekspert Azər Allahverənov, Bakı Şəhər Baş Polis İdarəsi İçtimai Təhlükəsizlik İdarəsinin bölmə rəisi, polkovnik-leytenant Məryəm Ömərovanın təmsil olunduğu münsiflər heyəti yarışı izləyib.
Hər raundda 12 sual olmaqla komandalar arasında 5 oyun keçirilib.
Qiymətləndirmə 1 bal sistemi ilə aparılıb. Yarışın nəticəsinə görə Nərimanov rayonu 34 nömrəli tam orta məktəbin “Sürücülər” komandası I, Suraxanı rayonu 279 nömrəli tam orta məktəbin “Qırmızılar” komandası II, Yasamal rayonu 158 nömrəli tam orta məktəbin “Sərnişinlər” komandası III yerə layiq görülüb.
Qalib komandaların hər bir üzvü Diplom və medallarla təltif olunub. I, II və III yerləri tutan komandalara Diplom və yarışın Kuboku təqdim edilib. Bütün iştirakçı uşaqlara 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən Təşəkkürnamələr və DYP İdarəsi tərəfindən müxtəlif hədiyyələr verilib.
Elmin
Yol polisi “Təmiz Hava” aylığına başlayır – 50 manat cəriməsi var
Vilayət Eyvazov Göyçayda sıra baxışı keçirdi - 230 nəfər növbəti mərhələdə - FOTO - VİDEO
Masallıda atlara işgəncə edən şəxs cəzalandırıldı - VİDEO
Vilayət Eyvazovdan yeniyetmələrlə bağlı TƏLƏB
Azərbaycanda cinayətlərin 90 faizdən çoxu açılıb
Yol qəzalarında ölüm və xəsarətlərin sayı azaldı - Vilayət Eyvazov AÇIQLADI
Vilayət Eyvazov Kollegiya iclası keçirdi - Rəislərə tapşırıqlar verdi
Yol polisi orta məktəbdə uşaqların suallarını cavablandırdı - FOTO
Yol polisi əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə müraciət etdi
"Mümkün qədər günün işıqlı vaxtı yol çıxın” - DYP
DYP qəzaların gizli səbəblərini üzə çıxaran layihəyə start verdi - VİDEO








































