Bakıda yol polisindən nümunəvi addım – VİDEO

Paytaxt ərazisində yol polisi həyat yoldaşını doğum üçün xəstəxanaya çatdırmaq istəyən sürücüyə yardım edib. Xidməti ərazisi olmamasına baxmayaraq, rəhbərliyinə məlumat verərək avtomobili müşayiət edən polislər hərəkətin sıx olduğu ərazidə qısa zamanda avtomobili xəstəxanaya çatdırıb. Vaxtında xəstəxanaya çatan ana bir qız övladı dünyaya gətirib.
Sayrışan işıqlarını yandıran və səs siqnalını qoşan yol polisi həyat yoldaşını doğum evinə çatdırmağa çalışan sürücünü müşayiət edir. Bu zaman təhlükəsizlik gözlənilməklə bir neçə dəfə qırmızı işığın tələbi pozulur və qarşı hərəkət zolağı ilə hərəkət edilir. Bu görüntü ötən gün çəkilib və votsap nömrəsinə sürücü Sultan Mikayılov tərəfindən göndərilib. Sürücüyə kömək edən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin 99 YP 361 nömrə nişanlı avtomobilinin ekipaj üzvləri isə bu hadisə ilə bağlı mikrofonumuza danışıb.
Bu zaman efir vasitəsi ilə digər yol polislərindən də yardım istənilib və "Baksol" yolu kimi tanınan ərazidən 1 saylı şəhər kliniki xəstəxanasına kimi olan yolda sıxlığın azaldılması üçün tədbirlər görülüb. Yol polisi bu tip ekstremal vəziyyətlə qarşılaşan sürücülərə məsləhət görür ki, kobud qaydalar pozub həm öz, həm də digərlərinin həyatını riskə atmasınlar.
Qeyd edək ki, vaxtında xəstəxanaya çatdırılan ailənin qız övladı dünyaya gəlib və valideynləri adını Nübar qoyublar.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












