Bakıda yol polisinin reydi zamanı qəza baş verib - VİDEO

Bakıda ictimai təhlükəsizliyin yüksək səviyyədə təmin edilməsi məqsədilə paytaxtın bir neçə rayonu ilə yanaşı, Xətai rayonu ərazisində də profilaktik-maarifləndimə tədbirləri həyata keçirilib. Avtosfer.az xəbər verir ki, Xətai Rayon Dövlət yol polisi şöbəsinin (DYPŞ) əməkdaşları tərəfindən keçirilən reydi "Report"un əməkdaşları da izləyib.
Reyd zamanı sərnişindaşıma fəaliyyəti ilə məşğul olan ictimai nəqliyyat vasitələrini, ötmə və manevr qaydalarını, eyni zamanda işıqforun qırmızı işığının tələblərini pozan sürücülərlə profilaktik və maarifləndirici söhbətlər aparılaraq onlara yol hərəkəti qaydalarının müvafiq bəndləri izah edilib.
Reyd zamanı avtomobil qəzası da qeydə alınıb. Belə ki, hərəkətdə olan “Mercedes” markalı avtomobil “Volkswagen” markalı avtomobilə çırpılıb. Yol polisi əməkdaşları dərhal qəza baş verən əraziyə yaxınlaşaraq əvvəlcə iki sürücülərin xəsarət alıb-almaması ilə maraqlanıb.
DYPŞ əməkdaşları tərəfindən rayon ərazisində nəqliyyat axınının intensiv olduğu yollarda hərəkət iştirakçıları olan sürücü və piyadalarla fərdi söhbətlər aparılıb. Söhbətlər zamanı yol polisləri sürücü və piyadalara inzibati xəta tərkibi yaradan hərəkətlərin təkcə qanun pozuntusu yox, həm də insanın həyat və sağlamlığına ciddi ziyan vurduğu barədə məlumat veriblər.
Qeyd edək ki, sürücü və piyadalar arasında profilaktik, eləcə də maarifləndimə tədbirləri bundan sonra da mütəmadi olaraq davam etdiriləcək.
Nərimanovda “Təmiz hava” aylığı; 8 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu keçirdi - FOTO - VİDEO
Yol polisi məktəblərdə uşaqlara qaydaları belə öyrədir - FOTOLAR
"Yollarda qəfil manevrlər ETMƏYİN!" - DYP-dən XƏBƏRDARLIQ
DYP nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi - VİDEO
Abşeronda ekoloji yoxlama; qayda pozan sürücülər CƏRİMƏLƏNDİ - VİDEO
Sürücülərin nəzərinə! - Bunu edənlər 800 manat CƏRİMƏLƏNƏCƏK
Siyəzəndə uşaqların yol təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO - VİDEO
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO
Vilayət Eyvazov MDB-nin Daxili İşlər Nazirləri Şurasının iclasında iştirak etdi - FOTO












