Bakıdan sərnişinləri Qazaxa aparmaq istəyən sürücü görün nə etdi - VİDEO

Qazax rayon sakini DİN-in Baş DYP İdarəsinə zəng edərək iyulun 10-da Bakıdan rayona getmək istəyən qızının Biləcəri dairəsində 15-BT-798 nömrəli mikroavtobusa mindiyini, sürücünün sərnişinlərə gediş haqqının 25 manat təşkil etməsini deməsinə baxmayaraq Bakı-Qazax-Gürcüstan sərhədi yolunun 65-ci km-də yerləşən karantin postundan polis əməkdaşlarına vermək adı ilə məcburi qaydada hər bir sərnişindən əlavə 20 manat tələb etdiyini, pulu verməyənləri isə təhqir edərək yolda düşürəcəyi ilə hədələdiyini bildirib.
Bu barədə Avtosfer.az-a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Bildirilir ki, iyulun 11-i saat 01:30 radələrində qızını Ağstafa rayonunda qarşılayarkən ümumilikdə 40 manat pul almış sürücüyə bu hərəkətlərinin qanunazidd olduğunu söyləsə də sürücü onun sözlərinə əhəmiyyət verməyərək pulun yarısını postdakı polislərə verdiyini deyib. Şikayət əsasında həmin nəqliyyat vasitəsi saxlanılıb və şikayət edən vətəndaşın verdiyi məlumat təsdiqini tapıb. Belə ki, sürücü Abbaslı Niyaməddin Hüsaməddin oğlu həqiqətən də postda xidmət aparan polis əməkdaşlarına pul vermək adı ilə sərnişinlərdən əlavə pul alındığını etiraf edib və buna görə üzr istəyib. Lakin üzrhaqlıq etməsindən asılı olmayaraq törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün faktla bağlı toplanmış materiallar məhəkəməyə göndərilib.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












