Bakıya narkotik satmağa gələn şəxs "Saray postu"nda tutuldu - FOTO

Xaçmazdan Bakıya satmaq üçün narkotik vasitə gətirən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avtosfer.az-a verilən xəbərə görə, Baş Narkotiklərlə Mübarizə və Baş Dövlət Yol Polis İdarələrinin birgə həyata keçirdikləri uğurlu əməliyyat nəticəsində satmaq niyyəti ilə paytaxt ərazisinə narkotik vasitələr gətirən şəxs müəyyən edilib. Daxil olmuş məlumat əsasında Xaçmaz rayon sakini əvvəllər məhkum olunmuş Mübariz Novruzi paytaxt istiqamətində hərəkətdə olan zaman onun sərnişin kimi əyləşdiyi avtomobil Yol Patrul Xidməti Alayının 1-ci tağımının Saray qəsəbəsində yerləşən stasionar postunda saxlanılıb. Onun üzərində şəxsi aparılan zaman 251,189 qram yüksək təsiredici xassəyə malik narkototik vasitə heroin və 250,015 qram tiryək aşkar ediklərək götürülüb. M.Novruzi ifadəsində narkotik vasitələri satmaq niyyəti ilə Bakı şəhərinə apardığını etiraf edib.
Faktla bağlı saxlanılan şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.
Namiq
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ

















