Yol polisindən Bakını bir-birinə qatan tələbə ilə bağlı VACİB AÇIQLAMA

“Sürücülük vəsiqəsi veriləndə tibbi arayış alınır. Amma insanın hansısa ağır xəstəliyə tutulması üçün bir ay belə bəs edir”. Bu fikirləri AzTV-nin efirində yayımlanan “Çıxışa Doğru” proqramında qonaq olan Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev sosial şəbəkədə ötən gün Bakıda yolun əks istiqamətində maşın sürən, polisin saxla əmrinə tabe olmayan sürücü 20 yaşlı Rauf Cabbarbəylinin sürücülük vəsiqəsi ilə bağlı aparılan müzakirələrə aydınlıq gətirərkən deyib.
O bildirib ki, xəstə olan halda heç kim sürücülük hüququ əldə edə bilməz: “Bəzi vətəndaşlar yazırdı ki, şəxs narkomandır. Bir qrup insan yazırdı ki, o necə sürücülük vəsiqəsi alıb və s. Amma qeyd edim ki, həmin şəxs sürücülük vəsiqəsi alan zaman heç bir pis vərdişi olmayıb, ona sağlamlıq haqqında tibbi arayış verilib. Sürücülük hüququ 10 il ərzində verilir. Bu 10 il ərzində o insan xəstəlik tuta bilər, narkotik maddə istifadəçisinə çevrilə bilər və s. digər bir çox hadisələr baş verə bilər. Bunu birmənalı sürücülük vəsiqəsinə bağlamaq düzgün deyil”.
R.Tağıyev onu da əlavə edib ki, biz müşahidə edirik ki, avtoxuliqanlıq edən şəxslərin 90 faizinin sürücülük hüququ yoxdur: “Sürücülük hüququ olmadığı halda bəzi şəxslərin nəqliyyat vasitəsi idarə etdiyinin şahidi oluruq”. (oxu.az)
Güclü yağışda yolu tənzimlədi: Polisin bu görüntüləri diqqət çəkdi - VİDEO
"Azyaşlı uşaqları nəzarətsiz buraxmayın!" - DYP-dən ÇAĞIRIŞ - FOTO
DYP və AYNA yeni dərs iliylə bağlı birgə MƏLUMAT YAYDI - VİDEO
"Qəfil tormozlamadan çəkinin!" - DYP-dən XƏBƏRDARLIQ
Sabunçuda skuter, moped və motosiklet sürənlər saxlanıldı - VİDEO
Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq - DYP-dən XƏBƏRDARLIQ
Həyat yoldaşını maşından düşürdü, polis sürücüyə qab yuma cəzası verdi - Türkiyədə
“Diqqət, uşaqlar!” devizi altında təhlükəsizlik aylığı keçiriləcək
Azyaşlının halı pisləşdi: Yol polisləri onu xəstəxanaya çatdırdı - VİDEO
“Bu itkilərin mənəvi ağırlığını heç bir cəza yüngülləşdirə bilməz” - DYP rəsmisi
DYP uşaqlar üçün “Yol dərsi” rubrikasına start verdi - VİDEO










