Binəqədi yol polisi şagirdləri maarifləndirməkdə davam edir - FOTO

Bakı şəhəri, Binəqədi rayonu 246 nömrəli məktəbdə, rayon Yol Polisi Şöbəsinin təşkilatçılığı ilə yol hərəkəti qaydalarının təbliğatına həsr olunmuş görüş keçirilib.
Görüşdə çıxış edən məktəbin direktoru Almaz Bayramova bildirib ki, orta məktəblərdə yol hərəkəti qaydalarının təbliği uşaqların bilik və bacarıqlarının formalaşmasına müsbət təsir göstərir. Bu həm təhsil müəssisələrinin, həm də yol polisinin başlıca vəzifələrindən biridir.
Bakı Şəhər Dövlət Yol polisi idarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov çıxış edərək bildirib ki, son illərdə orta məktəblərdə keçirilən bu cür maarifləndirmə tədbirləri yaxşı nəticələr verib. “Artıq şagirdlərin yol hərəkəti qaydaları haqqında məlumatlı olduqları üzə çıxmaqdadır. Burada həm yol polisinin, həm də məktəb rəhbərliyi, Təhsil Nazirliyinin böyük xidmətləri var. Ümid edirəm ki, gələcəkdə Dövlət Proqramına əsasən məktəblərdə yol hərəkəti ayrıca bir tədris prosesi kimi həyata keçiriləcək. Bununla da biz gələcəkdə yol-qəza hadisələrinin sayını minimuma endirmiş olacağıq. Düşünürəm ki, bu cür təbliğat işlərinin aparılması uşaqların yol-nəqliyyat hadisələrinin qurbanına çevrilməsinin qarşısını alacaq.”
Tədbirin sonunda Binəqədi rayon DYPŞ-nin hədiyyələri fərqlənən şagirdlərə təqdim olunub.
Qeyd edək ki, Binəqədi rayon DYPŞ son bir neçə ayda 5 orta məktəbdə bu cür maarifləndirici tədbir keçirib. Təhsil ili boyunca bu cür tədbirlər davam etdiriləcək.
Orxan
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ







































