Banner

Bizi kim qoruyur? - FOTOLAR

Yol polisi 3 Mart 2023 16:14 Oxunub 1190
Bizi kim qoruyur?  - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz

 “Bizi kim qoruyur?” sualına yəqin ki, hamımız birmənalı olaraq doğmalarımız, -

deyərik. Bəs, bu doğmalar tək valideyinlərimiz, ailəmiz, qohumlarımızdırmı?

Məktəbdə işlədiyim dövrdə polis əməkdaşlarının məktəbə gəlməyini, şagirdlərlə

maarifləndirici söhbət aparmağını və mövzu ilə əlaqədar fikir mübadiləsi etməyini

çox görmüşəm. Biz tədbirdən əvvəl şagirdlərə “polis bizi qoruyur”,- deyirdik. Biz

deyirdik, gələn polislər isə öz əməlləri, davranışları ilə onu göstərirdilər.

Danışmaq xəstəni türkəçarə yolu ilə müalicə etmək kimi bir şeydi: ya sağalar, ya

sağalmaz! Ancaq müasir dövrdə bizə türkəçarə lazımdırmı? Xeyr. Bizə işinin

peşəkarı olan həkim lazımdır. Demək, bizə söz yox, əməl lazımdır! Polislər də

əvvəlcə şagirdlərlə dostluq qurur, güvən yaradır, bu güvənlə, bu etibarla onları

qoruduqlarını inandırırdılar. İnanmaq, inandırmaq üçün onlar fantaziya qurmur,

gördüklərini, yaşadıqlarını, gələcəyi qorumaq naminə həyatlarını qurban

verənlərin-narkotacirlərlə mübarizədə həlak olan polis polkovnik-leytenantı Namiq

Musayevin, Daşqın Turabovun, Elçin Səfərlinin (yadımda onlar qalıb) yarım

qalmış həyat hekayələrini sözlə ifadə olunmaz bir ağrı ilə anlatmağa çalışırdılar.

Dəfələrlə tədbirdən sonra risk qrupuna daxil olan şagirdlərin polislərə

yaxınlaşmağını görmüşəm. Və görmüşəm ki, bu doğmalıq polis-şagird

doğmalığından neçə addım ötədir.

Nə qədər “qadın, ana” sözlərinin böyüklüyündən danışsaq da, bəzən kişi zəhminin,

kişi tərbiyəsinin yerini heç nə vermir. Ələlxüsüs da tərbiyə edilən yeniyetmə

oğlandırsa. Və bu zəhmin, bu tərbiyənin içində məhbbət, doğmalıq varsa, nəticə

mütləq gözəl olur.

Bir şagird varıydı. Əslində, orta səviyyədə oxuyan, tərbiyyəli şagird idi. Ancaq bir

az valideyn nəzarətsizliyi, bir az yeniyetməliyin verdiyi ərköyünlük və ya pis

mühit onu da zərərli vərdişlərin əsirinə çevirmişdi. Gizlətməyə çalışsa da, bəzən

onun əlində gördüyüm siqaret məni məyus edirdi. Ancaq onunla bu bu mövzuda

geniş danışmaq üçün özümdə ixtiyar görmürdüm. Heç bilmirəm, ixtiyarım olsa idi,

danışsaydım, məni dinləyəcəkdimi?

Sonradan eşitdim ki, həmin şagird polisə söz verib və bir də onun əlində siqaret

görmədim. Məni isə şagirdin tək siqaret çəkməməyi sevindirmədi, həm də verdiyi

sözün məsuliyyətini dərk etməyi sevindirdi. Axı o, kişidi, axı o, gələcəyin əsgəridi,

axı o gələcəyin atasıdır.

 

Şagirdlərə “Polislər bizi qoruyur”,- deyəndə haqlı idim. Mənim sözüm də öz

təsdiqini tapmışdı.

İndi ölkəmizi və vətəndaşlarımızı qoruyanların verdiyi rahatlıqla başımın üstündə

yanan, qarşısını buludların kəsməyə cürət etmədiyi Günəşə baxıram. Məncə, ən

böyük xoşbəxtlik rahatlıqdı!

Xəyalə Sevil,

AYB üzvü, Prezident təqaüdçüsü

 

 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh