Bu da Nizami məhkəməsinin qarşısında "avtoşluq" edənlərin sonu - VİDEO

Bir müddət əvvəl Bakıda avtoxuliqanlar Nizami Rayon Məhkəməsinin önündə bir araya gələrək avtoxuliqanlıq edib, bu əməllərini videoya çəkərək sosial şəbəkələrdə paylaşıblar.
Hadisədən bir neçə gün sonra Nizami rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları avtoxuliqanlıq edən 5 sürücüdən 4-nü saxlayıb.
Onlar barəsində toplanmış materiallar aidiyyəti üzrə məhkəməyə təqdim edilib. Avtomobillər isə duracağa aparılıb.
Məhkəmənin qərarı ilə 10 NK 501, 90 VO 302 dövlət qeydiyyat nişanlı, “Lada Niva” markalı, 90 XL 079 və 60 BO 465 dövlət qeydiyyat nişanlı “VAZ 2107” markalı avtomobillərin sürücüləri Seymur Mirzəyev, Elmar Yusifov, Elşən Hüseynov və Elşən Alışov sürücülük hüququndan bir il müddətində məhrum edilməklə inzibati qaydada 15 gün həbs ediliblər. 99 LM 052 dövlət qeydiyyat nişanlı “BMW” markalı avtomobilin sürücüsü Nizami Musayev isə axtarışdadır.
Bu gün Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov və Avtosfer.az-ın əməkdaşları İnzibati Həbs olunanların saxlanma mərkəzində həmin şəxslərlə görüşüb. Onlar etdikləri əməldən peşman olduqlarını bildiriblər. Videonu təqdim edirik:
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












