Bu dəfə şagirdlərə dərsi polislər keçdi - FOTO

“Narkomaniyaya yox deyək” mövzusunda növbəti maarifləndirici tədbir Binəqədi Rayon Polis İdarəsinin təşkilatçılığı ilə rayonun 300 saylı tam orta məktəbində keçirilib.
Avtosfer.az-a verilən məlumata görə, Dövlət Himninin səslənməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova yetkinlik yaşına çatmayanların hüquqlarının müdafiəsi sahəsində görülmüş işlərdən danışıb.
Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Vüsal Axundov isə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı rayon ərazisində aparılan mübarizəyə diqqət çəkib.
Qeyd edilib ki, rayon polisi narkotik vasitələrin alveri ilə məğul olanların tutularaq məsuliyyətə cəlb edilməsi istiqamətində əməliyyat tədbiləri keçirməklə yanaşı, davamlı
olaraq aparılan maarifləndirmə işi ilə gəncləri “ağ ölüm” bəlasından qorumağa çalışır.
Ötən il rayon ərazisində qanunsuz dövriyyədən 57 kiloqram 763 qram narkotik vasitə çıxarıldığını deyən Binəqədi RPİ-nin Narkotiklərlə Mübarizə Bölməsinin rəisi, polis kapitanı Eltun İsayev də qətiyyətli mübarizənin bundan sonra da davam etdiriləcəyini vurğulayıb.
Daha sonra çıxış edən DİN Mətbuat Xidmətinin rəis müavini, polis polkovnik-leytenantı Hafiz Təmirov, Polis İdarəsinin İctimai Təhlükəsizlik Şöbəsinin rəisi, polis mayoru Orxan Rzayev və İdarənin yetkinlik yaşına çatmayanlar üzrə inspektoru, polis leytenantı Lalə Əliyeva məktəblilərə gənclərin narkomanlıq və digər zərərli vərdişlərlən qorunması üçün dövlət səviyyəsində görülən işlər barədə məlumat verib, gənc nəslin savadlı, vətənpərvər ruhda boyüməsi, sağlam inkişaf etməsi, zərərli vərdişlərdən uzaq olmaları ilə bağlı zəruri tövsiyələr veriblər.
Natiqlər xüsusilə qeyd ediblər ki, narkotiksiz cəmiyyət üçün mübarizəsini ardıcıl şəkildə davam etdirən polisin fəaliyyətin ictimaiyyət, əsasən də valideyn və təhsil müəssisələri
tərəfindən aktiv formada dəstəklənməsi zəruridir.
Sonda şagirdlərin sualları cavablandırılıb, mövzu ilə bağlı video-çarx nümayiş etdirilib.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ























