Daxili işlər orqanları göstərilən etimadı Vətənə sədaqətli xidməti ilə doğruldacaq - Vilayət Eyvazov

Dekabrın 24-də Daxili İşlər Nazirliyinin Sabunçu rayonunun Nardaran qəsəbəsindəki xidməti binası və Əlahiddə Çevik Polis Alayının yeni korpusu istifadəyə verilib. Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov hər iki tədbirdə iştirak edib. Nazir görülən işləri yüksək qiymətləndirib, şəxsi heyətin daha səmərəli fəaliyyət göstərməsi üçün yaradılan şəraitdən məmnunluğunu bildirib, konkret tapşırıq və tövsiyələrini verib. O qeyd edib ki, daxili işlər orqanlarının maddi-texniki bazasının, əməkdaşların xidmət şəraitinin yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir. Yeni inzibati binaların istifadəyə verilməsi də şəxsi heyətə dövlət qayğısının növbəti əyani təzahürüdür.
Nazir V.Eyvazov Daxili İşlər Nazirliyinin hərbi qulluqçularına və əməkdaşlarına göstərilən ali diqqət və qayğıya görə ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə minnətdarlığını bildirib və onu əmin edib ki, daxili işlər orqanlarının şəxsi heyəti göstərilən dövlət qayğısını və yüksək etimadı xalqına, Vətəninə sədaqətli xidməti ilə doğruldacaq.
Emin
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ














