DİN: 4000 nəqliyyat vasitəsi postlardan geri qaytarılıb

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə sərt karantin rejiminin tətbiq edildiyi şəhər və rayonların giriş-çıxışlarında quraşdırılmış xüsusi postlarda Daxili İşlər Nazirliyinin hərbi qulluqçuları və polis əməkdaşları tərəfindən davam etdirilən nəzarət-profilaktiki tədbirlər nəticəsində 2020-ci il dekabrın 30-da da bəzi vətəndaşlar tərəfindən sərtləşdirilmiş karantin rejimi qaydalarının pozulması halları aşkarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, nəzarət-profilaktik yoxlamalar zamanı postlardan müvafiq qaydada icazə almadan keçməyə cəhd göstərən 4000 nəqliyyat vasitəsi müəyyən olunaraq geri qaytarılıb. Eləcə də qeyd olunan müddətdə ölkə üzrə karantin rejimi qaydalarını pozan 2532 nəfər barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.
Eyni zamanda ev şəraitində müalicə təyin edilmiş 8 nəfər aktiv COVID-19 xəstəsi ictimai yerlərdə müəyyən olunaraq yaşadıqları ünvanlara qaytarılıb ki, onlardan da 6 nəfər barəsində cinayət işi başlanılıb.
Bir daha vətəndaşlarımızdan özünütəcrid tədbirlərinə uyğun davranmağı, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmağı, karantin rejimindən irəli gələn bütün tələb və qadağalara ciddi riayət etməyi xahiş edirik.
Xalqımızı Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə təbrik edir, ən xoş diləklərimizi yetirir, hər bir kəsə gözəl bayram ovqatı arzulayırıq.
Məktəbli formasına etiraz edən 37 nəfər həbs olundu
Məcburi dayanma zamanı bu qaydaları unutmayın - DYP-dən XƏBƏRDARLIQ - FOTO
Nizami rayonunda ekoloji reyd; 30-dan çox avtomobil YOXLANILDI - VİDEO
DYP-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə ÇAĞIRIŞ
Nərimanovda “Təmiz hava” aylığı; 8 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu keçirdi - FOTO - VİDEO
Yol polisi məktəblərdə uşaqlara qaydaları belə öyrədir - FOTOLAR
"Yollarda qəfil manevrlər ETMƏYİN!" - DYP-dən XƏBƏRDARLIQ
DYP nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi - VİDEO
Abşeronda ekoloji yoxlama; qayda pozan sürücülər CƏRİMƏLƏNDİ - VİDEO
Sürücülərin nəzərinə! - Bunu edənlər 800 manat CƏRİMƏLƏNƏCƏK












