DİN: “Zərurət olmadığı halda küçəyə çıxmayın” - VİDEO

Ölkədə sərtləşdirilmiş karantin rejimi ilə əlaqədar Bakıda daxili karantin postları fəaliyyətə başlayıb.
Baku TV xəbər verir ki, postlar Bakının giriş-çıxışları ilə yanaşı, şəhər daxilindəki avtomobil yollarında da qurulub. Paytaxta tərəf hərəkət edən hər bir avtomobil iştirakçısı xüsusi postlarda saxlanılır və icazəsinin olub-olmaması yoxlanılır.
Bu gündən başlayan sərtləşdirilmiş karantin rejimi artıq post qurulan bəzi yollarda uzun tıxacların yaranmasına səbəb olub. Bütün bunları nəzərə alan Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ) vətəndaşlara tövsiyə xarakterli xəbərdarlıq da ünvanlayıb.
BŞDYPİ-nin əməkdaşı Toğrul Nəsirli zərurət yaranmadığı halda sakinlərdən evlərini tərk etməməsini bildirib.
Qeyd edək ki, karantin postları ilə yanaşı şəhərin müxtəlif ərazilərində Daxili İşlər Nazirliyi əməkdaşlarından ibarət mobil postlar da fəaliyyət göstərir.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












