DYP-dən küləkli hava ilə bağlı bütün hərəkət iştirakçılarına MÜRACİƏT

Baş Dövlət Yol Polisi İdarəsi gözlənilən küləkli hava ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.
Bu barədə Avtosfer.az-a BDYPİ-dən məlumat verilib. Bildiirlib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, oktyabrın 10-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda ölkənin müxtəlif bölgələrində güclü külək əsəcəyi proqnozlaşdırılır. Belə hava şəraiti nəqliyyat vasitələrinin idarə olunmasını çətinləşdirə, küləyin təsiri ilə avtomobilin hərəkət trayektoriyasına nəzarəti zəiflədə və xüsusilə qoşqulu yük nəqliyyat vasitələrinin idarə olunmasında təhlükə yarada bilər.
Baş Dövlət Yol Polisi İdarəsi hava şəraitinin dəyişməsi ilə əlaqədar bütün hərəkət iştirakçılarını diqqətli olmağa çağırıb:.
"Sürücülərə hava və yol şəraitinə uyğun sürət rejimini seçmək, ara məsafəsini qorumaq, ötmə və manevr zamanı ehtiyatlı olmaq, həmçinin avtomobillərin şinlərinin təzyiqini və texniki vəziyyətini əvvəlcədən yoxlamaq tövsiyə olunur.
Küləkli hava şəraitində açıq yollarda və körpülərdə hərəkət edən sürücülər, xüsusilə yük maşınları, avtobus və mikroavtobus idarə edənlər sükan arxasında daha diqqətli olmalı, ani istiqamət dəyişmələrindən çəkinməlidirlər.
Piyadalara küləkli və ya yağışlı hava şəraitində yolu keçərkən diqqətli olmaq, yalnız piyada keçidlərindən istifadə etmək, həmçinin görünmə şəraitinin məhdud olduğu hallarda geyimlərində işıq əks etdirən elementlərdən istifadə etmək tövsiyə edilir.
Velosiped, skuter və moped sürücülərinə isə belə hava şəraitində balansın itirilməsi və qəfil hadisələrin baş vermə ehtimalının artdığını nəzərə alaraq, ehtiyatlı davranmaq, mümkün qədər kəskin külək və yağış zamanı hərəkətdən çəkinmək məsləhət görülür".
Baş Dövlət Yol Polisi İdarəsi bir daha xatırladır ki, hava şəraitindən asılı olmayaraq, hər bir hərəkət iştirakçısının diqqətli və məsuliyyətli davranışı yol-nəqliyyat hadisələrinin qarşısının alınmasında mühüm əhəmiyyət daşıyır.
Bu ilin yanvar-sentyabr aylarında qəzalarda ölənlərin sayı azalıb - DİN
Bu ilin 9 ayında 146 cinayətkar qrup zərərsizləşdirilib - VİLAYƏT EYVAZOV
Vilayət Eyvazov Kollegiya iclası keçirdi; tapşırıqlar verdi - FOTOLAR
Xətaidə “Təmiz hava” aylığı; atmosferi çirkləndirənlər CƏRİMƏLƏNDİ - VİDEO
Oğuzda “Təmiz hava” aylığı çərçivəsində reyd keçirildi - VİDEO
DYP skuter sürənlərin kobud qayda pozuntularını yayıb xəbərdarlıq ETDİ - VİDEO
Vilayət Eyvazov vətəndaşları qəbul edəcək - BU ŞƏHƏRDƏ - FOTO
Xəzər rayonunda ekoloji reyd; qayda pozan sürücülər 50 MANAT CƏRİMƏLƏNDİ - VİDEO
Qusarda “Təmiz hava aylığı” çərçivəsində profilaktik tədbirlər keçirilib - FOTO - VİDEO
Suraxanıda ekoloji reyd; 9 sürücü CƏRİMƏLƏNDİ - FOTOSESSİYA
Yol polisi zabitimiz Polşada çempion olub dünya rekordunu təzələdi - VİDEO














