DYP-dən müğənni Nəfəsin “kəmər taxmıram” deməsinə REAKSİYA - VİDEO

Müğənni efirdə yol hərəkəti qaydalarını pozduğunu etiraf edib.
Belə ki, ATV telekanalında yayımlanan verilişlərdən birində qonaq olan Nəfəs adı ilə tanınan müğənni sükan arxasına keçdiyi ilk gündən bu günə qədər təhlükəsizlik kəmərindən istifadə etmədiyini deyib.
O bildirib ki, təhlükəsizlik kəmərindən istifadə edə bilmir:
“Həqiqətən də maşına oturduğum ilk gündən bəri kəmər taxa bilmirəm. Həmişə polislər saxlayırlar. Doğurdan taxa bilmirəm. Bir gün bu dünyadan köçsəm, bilin ki, o kəmər üstündə köçmüşəm. Amma siz kəmər taxın”.
İctimai şəxsin efirdən bu cür çağırış etməsi mənfi nümunə hesab edildiyindən sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Məsələ ilə bağlı DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi polis mayoru Rövşən Tağıyev Oxu.Az-a açıqlamasında bildirib ki, bu və digər formada olan mənfi təbliğatın daim əleyhinə olub:
“Xüsusən cəmiyyətdə tanınan insanların öz nümunəvi hərəkətləri ilə fəaliyyətimizdə bizə daha çox dəstək olmalarını gözləyirik. Vəzifəsindən, qulluq mövqeyindən, əmlak vəziyyətindən asılı olmayaraq hər kəs qanun qarşısında bərabərdir və qanun hər kəsə şamil edilir. Qayda pozuntusu varsa, əlbəttə bunun məsuliyyəti də olacaq.
Heç bir bəhanə qayda pozmağa əsas gətirilə bilməz. Bəlkə kimlərsə öz həyat və sağlamlığına biganə yanaşa bilər, ancaq biz qurum olaraq o formada düşünənlər də daxil olmaqla hər kəsin həyat və sağlamlığına dəyər veririk və insanlarımızın yollarda xəsarət almamaları və həyatlarını itirməmələri üçün gecə-gündüz çalışırıq. Bu istiqamətdə də hər kəsdən kömək və dəstək gözləyirik”.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












