DYP-dən sürücülərin karantin dövründə gözlədiyi AÇIQLAMA

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib. BDYPİ şöbə rəisi polkovnik Kamran Əliyev Avtosfer.az-a açıqlamasında bildirib ki, xüsusi karantin rejiminin yüngülləşməsi ilə əlaqədar olaraq 8103 SMS xidmətində 2 indeksi üzrə müxtəlif sahələr üzrə icazələr verilir. "Bu icazələrin müddəti artıq 2 saatdan 3 saata qədər artırılıb. Bunu nəzərə alaraq baş Dövlət Yol Polisi İdarəsi vətəndaşlara sürücülərə və avtomobil sahiblərinə müraciət edərək bildirir ki, sürücülük vəsiqəsinin müddəti bitən, yaxud bitmək üzrə olan şəxslər ASAN xidmət mərkəzlərinə yaxınlaşaraq əvvəlcədən elektron növbə götürməklə sürücülük vəsiqəsini dəyişə bilərlər. Eyni zamanda texniki baxış müddəti bitən nəqliyyat vasitələrinin sahibləri də BDYPİ-nin Qeydiyyat İmtahan Şöbələrinə yaxınlaşaraq avtomobillərini texniki baxışdan keçirə bilərlər."
Kamran Əliyev hesab edir ki, 3 saat müddət bu proseslərin həyata keçirilməsi üçün sürücülərə kifayət edəcək. "Nəqliyyat vasitələrinin qeydiyyat və təkrar qeydiyyat prosesidə Yol Polisi İdarəsinin qeydiyyat imtahan şöbələrində həyata keçirilir. Sürücülər bunu da nəzərə alaraq avtomobil alqı-satqısı və qeydiyyatını edə bilərlər."
Orxan
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












